Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Fransa İngiltərəni təhdid elədi: “Elektriki kəsərik...”

Pia.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın “Breksit”dən sonra meydana çıxan yanacaq böhranının qarşısını almağa çalışdığı bir zamanda yeni böhran baş qaldırmağa başlayıb.

Fransanın Avropa İttifaqı məsələri üzrə naziri Kleman Bon balıqçılıq hüquqları ilə bağlı doqquz ay ərzində sakit və gözəl şəkildə İngiltərə ilə bazarlıq elədiklərini, səbrlərinin bir həddi olduğunu vurğulayaraq, İngiltərəni Manş adalarındakı elektrik mənbəyini kəsməklə təhdid edib. O,  “Breksit”dən sonra Britaniyanın Fransa qayıqları tərəfindən tələb edilən bütün balıqçılıq lisenziyalarını verməyi rədd eləməsinə tamaşaçı kimi baxmayacaqlarını bildirib: “Səbrimizin də bir həddi var,  9 aydır sakit və gözəl şəkildə bazarlıq eləmişik, lakin bu qədər kifayətdir. Qarşımızdakı günlərdə İngiltərəyə Avropa səviyyəsində, yaxud da beynəlxalq səviyyədə təyziq tədbirləri görəcəyik”.

Bon İngiltərənin Manş adalarının enerji ilə təmin edilməsinin Fransadan asılı olduğunu bildirib və Britaniyanı nəzərdə tutaraq söyləyib: “Təkbaşına yaşaya biləcəklərini düşünürlər, Avropaya hücum edirlər, bundan nəticə çıxmadığı üçün həm risklər artır, həm də aqressivləşirlər”.

Frananın Dənizçilik naziri Annik Jirarden də bundan əvvəl eyni təhdidləri səsləndirib. 

Adaların elektrik təminatının 95%-i sualtı kabellərlə Fransadan gəlir. (hurriyyet.az)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar