Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: "Serbiya millisi bizdən daha güclü idi"

"İkinci hissəyə də müdafiədə yaxşı başlayacağımızı ümid edirdim. Amma Serbiya bizdən daha güclü idi".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiya yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Radio Bruno"ya açıqlamasında deyib.

İtaliyalı mütəxəssis meydanda sonadək mübarizə apardıqlarını bildirib: "Bütün futbolçular bacarıqlarının 100 faizini ortaya qoydu. Təəssüf ki, istəyimiz baş tutmadı".

65 yaşlı baş məşqçi rəqibin heyətində dubl müəllifi olan Duşan Vlahoviçi fərqləndirib. De Byazi İtaliya "Fiorentina"sında çıxış edən 21 yaşlı hücumçunun fiziki cəhətdən güclü və texnikalı oyunçu olduğunu vurğulayıb: "Onu saxlamaq çox çətindir. Mənə yaşından daha yetkin görünür. Amma bugünkü futbolu şərh etmək çətindir. Keçmişin romantikası artıq yoxdur. Böyük klublara getsə, əminəm ki, daha yaxşı olacaq. Hər top uğrunda mübarizə aparır. Böyük karyera qura bilər".

Qeyd edək ki, Duşan Vlahoviç 30 və 53-cü dəqiqələrdə Azərbaycan millisinin qapısına yol tapıb. Gənc forvard ilk qolu penaltidən vurub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar