Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəmir qapaz” üçün darıxanlar: Tehran-İrəvan müştərək şantaj taktikası iflasa məhkumdur!

İran və Ermənistan bir medalın iki üzü kimi; sülhün altını qazımağın ən böyük bədəlini “əlinə bel götürənlər” ödəyəcək...

44 günlük müharibədən darmadağınla çıxan Ermənistan heç cür haqq yoluna gəlmək istəmir və hələ də odla oynayır. İrəvanda bir yandan sülhün vacibliyindən dəm vururlarsa, o biri yandan daim iki xalq arasında ədavəti, düşmənçiliyi körükləyir, Türkə nifrətin səngiməsinə imkan vermirlər. Bu da növbəti fakt.

Erməni mediasının yaydığı xəbərə görə, oktyabrın 12-də Ermənistan parlamentinin sədri Alen Simonyan Suriyanın (daha dəqiqi, Bəşər Əsəd rejiminin) İrəvandakı səfiri Məhəmməd İbrahimi qəbul edib. “Hər iki tərəf Türkiyənin bölgədəki pozucu roluna toxunub, muzdluların və terrorçuların 44 günlük müharibədə iştirakını yolverilməz və qəbuledilməz hesab ediblər”, - deyə məlumatda bildirilir.

*****

Aydındır ki, on illərdir öz xalqına qənim kəsilən, rus və fars süngüləri ucunda hakimiyyətdə qalan zalım Bəşər Əsədin İrəvandakı təmsilçisinin Türkiyə haqda hansısa xoş söz deməyəcəyini Paşinyan komandasının üzvləri də bilir. Bu həmin Əsəd rejimidir ki, iki il öncə onun qondarma parlamenti qardaş ölkənin acığına hətta saxta “erməni soyqırımı”nı Suriya dövləti adına tanımışdı - yeganə müsəlman ölkəsi olaraq. “Düşmənimin (Türkiyənin - red.) düşməni mənim dostumdur” prinsipi üzrə.

Məlumdur ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Pasinyanın silahdaşlarından biridir. Demək, o da öz adından danışmır. İndi bunu necə anlayaq? Rəsmi İrəvan gerçəkdənmi bölgədə sülhün bərqərar olmasında maraqlıdır, yoxsa Bakının növbəti “dəmir qapaz”ı üçün darıxıb?

Diqqət edin, neçə vaxtdır Tehran rəsmiləri də ölkəmizə, Türkiyəyə qarşı eyni böhtançı ritorikadan istifadə edirlər. Azərbaycanda “sionist” və “terrorçu” axtarırlar. Çünki İran da ErmənistanBəşər Əsəd rejimi kimi Türk düşmənlərinin səfində yer alır, bir bezin qırağıdır. Doğrudan da “su axıb çuxurunu tapır”.

Ancaq bunlar hamısı əbəs cəhdlər, boşuna demarşlardır. Ən birinci o səbəbə ki, nə Ermənistan və Əsəd rejimi, nə də İranın özü nə yaxşı ki, bölgəmizdə həlledici söz sahibləri deyillər. Onların cəm hərbi potensialı isə güclü ordusu olan heç bir ölkəyə təhdid yarada bilməz, o ki ola Türkiyəyə və ya Türkiyə-Azərbaycan tandeminə. Bacara bildikləri tək şey vaxtaşırı guruldamaq, havanı silkələmək, suyu bulandırmaqdır. Deməli, pislikləri də mütləq özlərinə qalacaq. Şəkk-şübhəsiz, sülhün altını qazımağın ən böyük bədəlini “əlinə bel götürənlər” ödəyəcəklər...

*****

Bu arada Paşinyan Moskvada Putinlə görüşər-görüşməz ilk kəlməsi və ya ilk şikayəti “Dağlıq Qarabağ problemi həll edilməyib” ifadəsi olub. Bu, əlbəttə ki, Azərbaycanla sülh müqaviləsini əngəlləməyə hesablanmış növbəti gedişdir. Çünki bununla o, sülh üçün bir növ şərt qoyur. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, nəinki bu adda problem, heç “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. Azərbaycanda indi yalnız Qarabağ adında iqtisadi zona var. Vəssalam.

Əgər Nikol İlham Əliyevlə görüşə də bu iddia ilə gəlməyi düşünürsə, o zaman özünə əziyyət verməyə bilər. Çünki Azərbaycan belə bir gündəmi yaxına buraxmayacaq. Xüsusən də cəhənnəmlik olmuş “status” məsələsini. Ümumən İrəvan özünü ağıllı aparmasa və İran timsalında havadarlarına arxayın olub böyük sülhə olan kövrək ümidləri torpedalamaqla, təxribatlarla məşğul olacaqsa, altını ən əvvəl o və dostları çəkəcək. Görünür, onlar həqiqətən də “dəmir qapaz” üçün darıxıblar.

Əfsus ki, Tehran və İrəvan Azərbaycana qarşı destruktiv siyasəti, şantaj və böhran taktikası müştərək şəkildə davam etdirir. Bakıya qarşı eyni ritorikanı bu dəfə İrəvana 3 günlük (?!) səfərə gələn İranın baş prokuroru Cəfər Müntəzir davam etdirib. Belə ki, dünən erməni həmkarı Artur Davtyanla görüşdə o, öz rəislərinin həyasız böhtanlarını təkrarlayaraq bəyan edib ki, “İran öz qonşuluğunda terrorizmə dözməyəcək”. Təbii ki, Davtyan da ona züy tutub.

Absurda bax, İran dünyada terrorçuluğun 1 nömrəli sponsoru kimi tanındığı halda, Ermənistan isə əsl terrorçu dövlət ola-ola, bunlar terrorçuları üçüncü ölkədə, qonşuluqda, uzaqlarda axtarırlar.

Azərbaycan XİN-in bu xüsusda bir neçə gün öncə rəsmi Tehranın iftiralarına cavab olaraq yaydığı bəyanatdan bir sitat yerinə düşür: “Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”.

Amma nə olsun. Xarici siyasəti total yalan, böhtan üzərində qurulan və “bir medalın iki üzünü” xatırladan İranla Ermənistanın dəlil-sübut nəylərinə gərək...

*****

“Həmişə qorxan adam çox danışır. İranın da çox danışması bundandır. Onların təhdidlərinə fikir vermək lazım deyil. Azərbaycan kifayət qədər güclü dövlətdir və özünü öz imkanları ilə qoruya bilir və qoruyur. Ola bilsin ki, İran hansısa addım atsın, amma bu onu bitirəcək”.

PİA.az-ın məlumatına görə, bu fikri politoloq Cümşüd Nuriyev Teleqarf.com-a müsahibəsində deyib.

İran 44 günlük müharibənin gedişatında Azərbaycana xəyanət etmişdi. Azərbaycan Zəngilanı azad etmək istəyəndə İran qoşunlarımıza maneə yaratdı. Bunun nəticəsində Azərbaycan ordusu 35 kilometr dolandıqdan sonra Zəngilanı azad edə bildi. Demək, İranın orada nələrisə var imiş ki, həmin müddətdə bunları çıxarıb. Məlum olur ki, İran müharibə vaxtı orada xüsusi lokasiya sistemi yerləşdirib. Həmin sistem vasitəsilə Azərbaycan ordusunun həm mövqeləri, həm komandirlərimizin bir-birlərinin aralarındakı danışıqları, həm də digər hərbi məsələlərlə bağlı məlumatları Ermənistana ötürüb”, - deyə o xatırlatma edib.

Politoloqa görə, İran bu günədək maskalana bilmişdisə, artıq çətindir. “Azərbaycan dövləti də çalışır ki, İranın təxribatları ilə bağlı məlumatlar açıq müstəviyə çıxmasın. Amma İranın həyasızlığı, Amili və Xamneyinin feodal düşüncəli açıqlamaları Azərbaycanı məcbur etdi ki, bunları açsın. İran siyasi cəhətdən quduzlaşıb. Öz aləmlərində Azərbaycanı təhdid edirlər. Amma bir şeyi anlasınlar ki, İran atacağı hansısa addıma görə viran qalacaq, sonra da Turan olacaq. İran bunu başa düşməlidir...”

P.S. Srağagün Azərbaycanİran XİN rəhbərləri arasında telefon danışığı da əfsus ki, rəsmi Tehranın ölkəmizə münasibətdə yanlış yolda olduğunun etirafı kimi yadda qaldı. İran tərəfi yenə dostluqdan danışsa da, əməldə əvvəlki ənənəvi qeyri-dost, təhdidçi mövqeyini saxlayır. Demək, Tehranın Azərbaycan siyasətinin yaxşıya dəyişəcəyindən danışmağa dəymir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar