Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan işğal dövründə Qarabağ və ətraf ərazilərdə tarixi və mədəni abidələrin 95%-ni dağıdıb

Ermənistanın işğalı dövründə Qarabağ və ətraf ərazilərdə azərbaycanlılara aid tarixi və mədəni abidələrin 95%-i dağıdılıb”.

PİA.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov Anadolu Agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, işğal dönəmində bölgədəki resurslar, tarixi və mədəniyyət abidələri, hətta qəbiristanlıqlar böyük dağıntılara məruz qalıb: “Bu müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistanın Azərbaycana qarşı “etnik təmizləmə” siyasəti ilə yanaşı, mədəni təmizləmə siyasəti də 30 il davam edib. Onların məqsədləri bəlli idi. Onlar yüz illərdir orada yaşayan azərbaycanlıların izlərini silmək istəyirdilər. Bunu Azərbaycana aid tarixi və mədəniyyət abidələrini sistemli şəkildə dağıdaraq edirdilər. İşğal altında olan ərazilərdə qeydiyyata alınmış 706 tarixi və mədəni abidə olub. İşğal dövründə bu abidələrin 95%-i dağıdılıb”.

A. Kərimov ermənilərin məscidlərə qarşı münasibətinə də toxunub: “Yaşayış yerlərini dağıtsalar da, bəzi məscidləri saxlayıblar. Orada donuz saxlayıblar. Bunu Azərbaycan xalqının dini inancını təhqir etmək məqsədli şəkildə ediblər. Biz bunu, sadəcə, Azərbaycana qarşı deyil, bütövlükdə İslam dünyasına edilmiş təhqir kimi görürük”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar