Cümə axşamı, 09 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

MTN-də polkovniki döyüblər, Səfər Əbiyevin əleyhinə ifadə verməyi tələb ediblər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi keçmiş müdafiə naziri Səfər Əbiyevi həbs etmək planları qurub. virtualaz.org xəbər verir ki, bu məsələ nazirliyin Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş general Nizami Şirinovun işi üzrə keçirilən məhkəmədə üzə çıxıb.

Xəbər verildiyi kimi, ötən həftə Nizami Şirinovun və onun tabeçiliyindəki idarələrin Elcan Abdullayev və Elman Tahirovun, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim jurnalistləri ötən iclasda zala buraxsa da bu gün heç bir əsas göstərmədən onların prosesi izləməsinə icazə verməyib. Bununla belə jurnalistlər iclasda nələr baş verdiyinə dair bəzi məlumatlar əldə edə biliblər.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik Mirzəli Yusifov dindirilib. M.Yusifov 2009-2013-cü illərdə Ali Hərbi Məktəbin rəisi vəzifəsini icra edib. Daha əvvəl isə Müdafiə Nazirliyinin 112-ci alayının komandiri olub. Azərbaycanın NATO kontingenti tərkibində Əfqanıstanda xidmət edən sülhməramlı taboru da həmin alayın tərkibində idi.

Nizami Şirinov

Belə məlum olur ki, Hərbi Əks-Kəşfiyyat İdarəsi M.Yusifovu 2007-ci ildə bir dəfə “yolub”, buraxıb.

“2007-ci ildə MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinə çağırıldım. İdarədə mənə saxta ittihamla cinayət işi açacaqlarını bildirdilər və həbslə şantaj olundum. Onlar məndən əvvəl 275 min dollar, daha sonra isə 25 min dollar pul aldılar. Bir qədər sonra isə 15 min dollar pul verməyə məcbur olundum. Məndən cəmi 315 min dollar pul alındı”,-o bildirir.

Polkovnik Yusifov MTN bandasına vermək üçün cəmlədiyi bu qədər pulun mənbəyini əlbətdə, açıqlamayıb. Amma o vaxtlar KİV-lərdə belə xəbərlər dolaşırdı ki, Müdafiə Nazirliyinin sülhməramlı taborunun tərkibində xidmət etmək və beləliklə də dollarla yaxşı maaş almaq istəyənlər gərək bir neçə aylıq maaşlarını rəhbərliyə ödəyəydilər. Görünür əks-kəşfiyyatın “çekistləri” də bu qazanc mənbəyindən xəbərdar olublar və ondan Mirzəli Yusifova qarşı kompromat kimi istifadə edərək yüz minlərlə dollarını alıblar.

Lakin Mahmudovun “çekistləri” ondan əl çəkməyiblər. Mirzəli Yusifov həmin alayın komandiri vəzifəsindən azad edilərək Ali Hərbi Məktəbin qərargah rəisi təyin edilib və məktəbin rəisi vəzifəsini icra etməyə başlayıb. Yəni “çekistlərin” nəzərincə daha bir “yağlı vəzifə” tutub.

2013-cü ildə onlar polkovnik Yusifovun Ali Hərbi Məktəbin rəisi vəzifəsində özünü “babat tutduğunu” düşünərək onu növbəti dəfə “yolmaq” qərarına gəliblər. Eyni zamanda Səfər Əbiyevi (M.Yusifov keçmiş müdafiə nazirinin yaxın adamlarından birin idi,-red.) istintaqa cəlb etməyə (Çox güman ki, pullarını almaq üçün) çalışıblar. (Polkovnik məhkəmədəki ifadəsində deyib ki, 2013-cü ildə rəis vəzifəsindən azad olunandan sonra onu yenidən Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırıblar, döyüblər, tələb ediblər ki, Səfər Əbiyevin (həmin vaxt nazir vəzifəsindən artıq azad edilmişdi,-red.) əleyhinə ifadə versinlər.

“İdarədə məni döydülər, qulaqlarımın pərdəsi deşildi. Həmin vaxtı nazirliyin əməkdaşları Elcan Abdullayev və Nadir Nəzirov orada iştirak edirdi. Onlar məndən 300 min dollar pul tələb etdilər. Həmçinin həmin şəxslər keçmiş müdafiə naziri Səfər Əbiyevin əlehinə ifadə verməyimi tələb etdilər. İmtina etdim. Bildirdilər ki, eyni kamerada Səfər Əbiyevlə birgə saxlanılacam, digər kamerada isə müdafiə nazirinin müavini, general Məmməd Beydullayev və Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanov olacaq. Mən qəti şəkildə bundan imtina etdim. Elə də oldu, rüşvət almaqda ittiham olunaraq saxlanıldım. 2 il 2 ay müddətinə azadlıqdan məhrum edildim, cəzamı çəkib azadlığa çıxdım”,-o bildirir.

Xatırladaq ki, M.Yusifov rüşvət alma ittihamı ilə həbs olunub, 2015-ci ildə məhkəmə onu 3 il azadlıqdan məhrum etmişdi.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əjdaha” dönərxanaları və daha nələr... - Heydərovun sağ əli Rəfael Mirzəyevin şirkətlərinin siyahısı yayıldı

Paşinyan son nöqtəni qoydu: "Qarabağda referendum keçirilə bilməz"

Bakının yaxınlığında yadplanetlilərin bazası var? - Video

Rayon polis şöbəsinin rəisi yeni vəzifəyə təyin edildi

Rəsul Quliyev hakimiyyətlə tam barışığa nail olubmu?

"Rafael Dadaşov dünyasını dəyişənə kimi o xanımı sevdi"

Balanslaşdırılmış ədalət?.. - Millət vəkilindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına şərh

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub - Yenilənib

Şuşada minaya düşüb ölən şəxslərin kimliyi məlum oldu - Yenilənib

Vüsalə Mahirqızı təkzib etdi: “Heç yerə getməmişəm...”

Ən çox oxunanalar