Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrakli Şotadze: "Gürcüstan və Azərbaycan prokurorluqları arasında əməkdaşlıq daha da güclənəcək"

“Gürcüstan və Azərbaycan arasında sıx, dost və işgüzar münasibətlər var və ədliyyə sahəsində də əməkdaşlıq çox vacibdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş prokuroru İrakli Şotadze azərbaycanlı həmkarı Kamran Əliyevlə görüşdən sonra deyib.

Gürcüstan Baş Prokurorluğunun yaydığı məluma əsasən, İ.Şotadze Azərbaycanla hüquqi sahədə səmərəli əməkdaşlığın olduğunu bildirib.

O, Azərbaycanın Gürcüstan üçün əsas strateji tərəfdaşlardan biri olduğunu deyib: “Bu gün pulların yuyulması, korrupsiya, ailə zorakılığı və digər ağır cinayətlərə qarşı mübarizə məsələlərini müzakirə etdik. İkitərəfli əməkdaşlığa dair memorandumun imzalannması da mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında cinayət hüququ sahəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar