Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yaralı yoldaşını döyüşdən çıxararkən şəhid olan qəhrəman artilleriyaçı - Video, Foto

Vətən müharibəsi şəhidi Rəşid Mədinov Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində qəhrəmanlıqla savaşıb. Qəhrəman topçu yaralı döyüş yoldaşını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Rəşid Nəzər oğlu Mədinov 1996-cı il aprelin 24-də Xaçmazın Yeni Həyat qəsəbəsində dünyaya göz açıb. Qırızlı kəndində böyüyən Rəşid həmişə vətənpərvərliyi və ətrafındakılara xoş münasibəti ilə seçilib.

Rəşid onuncu sinfi bitirdikdən sonra Bakı Dövlət Sosial-İqtisadi Kollecinə qəbul olunub. Kollecdə təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyulunda əsgərliyə yollanıb. Hərbi xidmətini Murovdağda keçən Rəşid Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdə baş artilleriya atıcısı olaraq düşmənə qan uddurub. Qəhrəman döyüşçü tərifnamə və fərqlənmə diplomları ilə təltif olunub.

Vətən müharibəsi başlamazdan öncə keçirilən təlimlərə çağırılanlar sırasında yer alıb. Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində iştirak edən Rəşid artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıq göstərib.

"Telefonla danışanda müharibədə olduğunu məndən gizlətdi. Dedi ki, biz cəbhədən arxadayıq. Böyük ümidlərim, arzularım vardı. Hamısı puç oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin", - deyə şəhidin anası Naibə Mədinova söyləyib.

Rəşid Mədinovun son döyüşü oktyabrın 13-də Füzulinin Pirəhmədli kəndi yaxınlığında olub. Yaralı yoldaşını döyüş meydanından çıxararkən yaxınlığında artilleriya mərmisi partlayıb. Partlayış nəticəsində ağır qəlpə yaraları alan Rəşid Vətən müharibəsinin 17-ci günü şəhidlik zirvəsinə ucalıb.

Atası Nəzər Mədinov deyib: "Səfərbərlik çağırışı əsasında təlimlərə cəlb olundu. Çox sevinclə, ürəklə getdi. Vətən müharibəsində də qəhrəmanlıqla iştirak edib. Hadrutda və Füzulidə döyüşüb. Döyüş yoldaşlarının dediyinə görə, Rəşid yaralı hərbçimizi atəş altından çıxarmaq üçün irəli atılıb. Döyüş yoldaşını səngərə gətirməyə cəhd edərkən yaxınlığında mərmi partlayıb. Oğlum qəhrəmanlıqla şəhid olub".

Qəhrəman döyüşçü oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında dəfn olunub.

Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tofiq Yaqublu: Möhkəm döydülər, sürüyüb avtomobilə atdılar, yolda yenə döydülər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Oliqarx Cavanşir Feyziyev 90 milyonluq "Azərtütün"ü cəmi 29 milyona aldı

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

"Əli Kərimli, Tofiq Yaqublunun mübarizə metodunu əsla bəyənmirəm, amma..." – Aslan İsmayılov

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Deputat: "Şadyanalıqlara, toy məclislərinə məhdudiyyət qoyulmalıdır"

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

Britaniya Cavanşir Feyziyevin 15 milyon funt-sterlinqlik vəsaitinə əl qoymağa hazırlaşır

Ən çox oxunanalar