Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Məlum olduğu kimi, oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında İranı Ermənistanla əlbir olaraq, işğal olunmuş ərazilərimizdən 30 il ərzində narkotrafik üçün istifadə etməkdə günahlandırıb: “Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin narkotrafiklə bağlı ittihamlarına cavab verməyə çalışan Ermənistanın Baş naziri Nikol Paşinyan bir növ “qaş düzədən yerdə göz çıxarıb”.

Paşinyan deyib ki, müharibədən sonra Ermənistanın da İranla sərhəddə ələ keçirdiyi narkotiklərin həcmi, yəni ümumi narkotrafik dəfələrlə artıb: “Biz İran hüquq-mühafizə orqanlarıl ilə narkotrafikə qarşı sıx əməkdaşlıq edirik. Biz də narkotik vasitələrin ələ keçirilməsi faktları və onların həcmi ilə bağlı rəqəmlər verə bilərik, hansı ki, müharibədən sonra bunlar 3-4 dəfə artıb”.

Özündən olsa, narkotrafikin artmasının başqa səbəblərlə bağlı olduğunu demək istəyən və bununla İranı müdafiə edən Paşinyan əslində, dolayısı ilə məhz işğal altında olan sərhədlərimiz azad olunandan sonra İran-Ermənistan sərhəd keçidi vasitəsilə İrandan daşınan narkotikin dəfələrlə artdığını etiraf edib.

Bu isə bir daha təsdiq edir ki, sərhədlərimiz ermənilərdən və İran rejiminin nəzarətindən təmizlənəndən sonra həmin ərazilər üzrə daşınan narkotiklər digər istiqamətlərdə - Azərbaycanın cənubdakı gömrük keçidi və Ermənistanla İran arasındakı keçidlə daşınmağa başlayıb. Çünki narkotrafikin dəfələrlə artmasını başqa cür izah etmək mümkün deyil. Axı, müharibədən sonrakı bir ildə Avropa bazarlarında nə baş verdi ki, narkotikə tələbat dəfələrlə artdı? Heç nə.

Deməli, daşınan narkotikin ümumi həcmi yox, daşınma marşrutu dəyişib. Və vaxtilə işğal altında olan ərazilərimizdən keçirilən narkotik vasitələr digər məlum marşrutlara yönəldildiyindən, həmin marşrutlardakı həcmlər artıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar