Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazın və elektrik enerjisinin qiymətlərinin artırılmasına ehtiyac vardı?

Dünya bazarına qaz ixrac edən ölkə olduğumuz halda, qiymət artımı ilə bağlı rəsmi qurumların izahatlarını necə dəyərləndirmək olar?..

İqtisadçı-alim: “Qaza olan tələbatımızı yerli hasilat hesabına ödəyirik, hələ artıqlaması ilə də xaricə satırıq. Belə olan halda, fərdi istehlakçılara satılan qazın qiymətindəki artımın heç bir məntiqi və iqtisadi əsası yoxdur”.

“Mövcud qiymətlər Azərbaycan reallığına görə çox yüksəkdir və əhalinin büdcəsinə birbaşa təsir edir. Tez-tez Türkiyədə qazın hər kubmetri üçün qiymətlərin 35 qəpik olduğunu nümunə göstərirlər. Əvvəla, Türkiyə qaz hasil etmir, digər tərəfdən də minimum əmək haqqı bu ölkədə 800 manata yaxındır”.

Bu sözləri iqtisadiçı-alim Vüsalə Əhmədova ölkədə qazın və elektrik enerjisinin qiymətimin qaldırılma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi oktyabrın 16-da Azərbaycanda qaz və işığın qiyməti yenidən qaldırılıb. Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb. Yəni rəsmi olaraq bu qiymət artımı qazın dünya bazarında qiymətinin artması və “Azəriqaz”la “Azərenerjii”nin rentabelli çalışa bilməsi ilə əlaqələndirilib.

Dünya bazarına qaz ixrac edən ölkə olduğumuz halda, qiymət artımı ilə bağlı rəsmi qurumların bu izahatlarını necə dəyərləndirmək olar? Doğrudanmı qazın və elektrik enerjisinin istehlak qiymətlərinin artımına ehtiyac vardı və bu fonda hökümətin sosial siyasətinə necə qiymət vermək olar?

Qaz və işığın qiymətinin yenidən artırılmasını PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Elektrik enerjisi qiymətlərində 20-30%-lik artımın əhalinin büdcəsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünürəm”.

Ölkədə minimum əmək haqqının 250 manat, ortalama əmək haqlarının isə 300-500 manat arasında olduğunu xatırladan iqtisadçı-alim nazir və nazir müavinlərindən ibarət olan Tarif Şurası üzvlərinin qiymət tariflərini müəyyənləşdirərkən özlərinin gəlirlərini deyil, sadə əhalini gəlirlərini göz önündə tutmalı olduqlarını qeyd edib:

“Məlumdur ki, 2021-ci il yanvar ayından etibarən enerji daşıyıcılarının dünya bazar qiymətində əhəmiyyətli dərəcədə artım yaşanmağa başladı. Xüsusilə, oktyabr ayının əvvəlində qiymətlər maksimum həddə çatdı. Hazırda təbii qazın qiymətində 131,08%, neftin qiymətində isə 51,52% artım müşahidə olunur. 2020-ci ilin iyun ayında təbii qazın qiyməti milyon BTU başına 1,432 ABŞ dolları səviyyəsində idisə, bu ilin oktyabr ayında 6,466 dollara yüksəldi. Qazın qiyməti son olaraq 2014-cü ilin fevral ayında qeydə alınan 6.493 dollarlıq pik həddə çatdı. Hazırda dünya bazarında təbii qaza olan fyuçerslərin qiyməti milyon BTU-ya görə 5.59 dollardır. Təbii qazın qiyməti qışın gəlməsi ilə bağlı noyabr-fevral aylarında da yüksəlməyə davam edəcəyi gözlənilir. Qış soyuq keçəcəyi təqdirdə tələbatın yüksələcəyini, təklifin isə son illərə nisbətən aşağı olacağını nəzərə alsaq, qazın dünya bazar qiymətində yüksələn dinamikanın hələ bir müddət şahidi olacağıq.

Azərbaycanın son illərdəki qaz hasilatı və ixrac göstəricilərinə nəzər yetirsək, 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti təbii qazın satışından 4,1 milyard manat gəlir əldə edib. Hanısı ki, 2019-cu il üzrə SOCAR-ın gəlirlərində ən çox artım qazın satışında qeydə alınıb. Bunun səbəbi isə, “Şahdəniz-2” və “Ümid” yataqlarında hasilatın yüksəlməsi ilə əlaqələndirilir. 2019-cu ildə daxili istehlak 11,5 milyard kubmetr təşkil etdiyi halda, ixracat 11,6 milyard kubmetr olub. Göründüyü kimi, qaz ixracı daxili istehlakı üstələyib. Eyni dinamikanı 2020-ci ildə də müşahidə edə bilərik, hansı ki, 2020-ci il üzrə Azərbaycanın qaz ixracı 13,396 milyard kubmetr olub, bu da 2019-cu il ilə müqaisədə 16% çoxdur. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci il qaz ixracından 2,53 milyard ABŞ dolları gəlir əldə edilib. Ümumilikdə 2020-ci ildə 37 milyard 140,9 milyon kubmetr qaz hasil edilib ki, bunun da yalnız 11955648 kubmetri daxili tələbata yönəldilib. 2021-ci ilin yalnız ilk 6 ayı üzrə qaz hasilatı isə 20,3 milyard kubmetr, xaricə satılan qaz isə təxminən 9,1 milyard kubmetr təşkil edib, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 36% çoxdur.

Vüsalə Əhmədova: “Vətəndaş limiti keçərsə, 1200 kubmetrdən 2500 kubmetrədək qaz istehlakının hər kubmetri üçün 20 qəpik, bu limiti də keçərsə, hər kubmetr üçün 25 qəpik ödəmək məcbutiyyətində qalır”.

Ümumiyyətlə, “Azəri-Çıraq-Günəşli­” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 iyul tarixinədək Azərbaycan 328 milyard kubmetr qaz hasil edib ki, bunun da böyük hissəsi ixraca yönəldilib. Sadə dildə desək, qaza olan tələbatımızı yerli hasilat hesabına ödəyirik, hələ artıqlaması ilə də xaricə satırıq. Belə olan halda, fərdi istehlakçılara satılan qazın qiymətindəki artımın heç bir məntiqi və iqtisadi əsası yoxdur. 1200 kubmetrədək qaz istehlakına görə hər kubmetr üçün qiymətin 12 qəpik müəyyənləşdirilməsi 20%-lik qiymət artımı deməkdir. Kombi və ya digər qaz qızdırıcılarının istifadə edildiyi mənzillər üçün illik 1200 kubmetr limit çox azdır. Vətəndaş limiti keçərsə, 1200 kubmetrdən 2500 kubmetrədək qaz istehlakının hər kubmetri üçün 20 qəpik, bu limiti də keçərsə, hər kubmetr üçün 25 qəpik ödəmək məcbutiyyətində qalır. Mövcud qiymətlər isə Azərbaycan reallığına görə çox yüksəkdir və əhalinin büdcəsinə birbaşa təsir edir. Tez-tez Türkiyədə qazın hər kubmetri üçün qiymətlərin 35 qəpik olduğunu nümunə göstərirlər. Əvvəla, Türkiyə qaz hasil etmir, digər tərəfdən də minimum əmək haqqı bu ölkədə 800 manata yaxındır.

O cümlədən, elektrik enerjisi qiymətlərində də 20-30%-lik artımın əhalinin büdcəsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşünürəm. Kombi və klima istifadə olunan evlərdə elektrik enerjisi istehlakı aylıq 300 kVs limiti keçir. Aylıq minimum 400 kvts elektrik enerjisi sərf edən ailə düşünsək, bu ailənin hər ay büdcəsi üçün 38 manat xərc deməkdir. Ölkədə minimum əmək haqqı 250 manat, ortalama əmək haqları isə 300-500 manat arasıdır. nazir və nazir müavinlərindən ibarət olan Tarif Şurası üzvlərinin qiymət tariflərini müəyyənləşdirərkən özlərinin gəlirlərini deyil, sadə əhalini gəlirlərini göz önündə tutmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar