Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb

UEFA "Uembli" stadionunda İtaliyaya qarşı keçirilmiş AVRO-2020-nin final oyunundakı hadisələrə görə İngiltərə Futbol Assosiasiyasını cəzalandırıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsinin qərarına əsasən, İngiltərə millisi qarşıdakı 2 ev görüşünü boş tribunalar önündə keçirəcək. 2 oyunluq cəzanın biri şərti xarakter daşıyır və 2 il sınaq müddəti verilib.

Bundan başqa, assosiasiya stadionda və onun ətrafında nizam-intizamın təmin olunmaması, meydançaya tamaşaçıların müdaxiləsi, yad əşyaların atılması və dövlət himnlərinin səsləndirilməsi zamanı hörmətsizlik edilməsinə görə 100 000 avro cərimələnib.

Qeyd edək ki, qarşılaşmanın start fitindən öncə 100-dək fanat stadiona biletsiz daxil olmağa çalışıb. Bundan əlavə, tərəfdarlar görüş zamanı stadiona qaçıb və pirotexniki vasitələrdən istifadə edib.

Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə İngiltərəyə penaltilər seriyasında qalib gələn (3:2) İtaliya yığması Avropa çempionu olub.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar