Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Qara dənizdə güclənmək üçün hərəkətə keçdi

Yunanıstan bəyan edir ki, ABŞ noyabrda Dədəağaca təlimlər üçün böyükhəcimli hərbi yük göndərəcək.

PİA.az xəbər verir ki, yunan mediasında yayılan xəbərə görə, gələcək həftələrdə ABŞ-dan Dədəağac limanına göndəriləcək hərbi yük bu günə qədər görülməmiş dərəcədə çox olacaq.

Bu yük əsasən çox sayda helikopter, Pilotsuz Uçuş Aparatları (PUA), tank, artilleriya və ağır silahlardan ibarət olacaq.

Məqsəd Dədəağacdan başlayaraq Rumıniya və Bolqarıstan üzərindən Balkanlar və Orta Asiyaya uzanan bir təlimlərdə iştirakdır. Qeyd olunur ki, USNS hərbi gəmi ötən il bənzər təlimlər üçün bölgəyə böyük miqyasda silah-sursat daşıyıb.

Noyabrda gətiriləcək hərbi yüklərdə Romeo, Sikorski, Chinooki model helikopterlər, M1 Abrams tankı daxil olmaqla çox sayda zirehli texnika bölgədə yerləşdiriləcək.

ABŞ-ın Afinadakı səfiri bəyan edib ki, noyabrda Dədəağaca bu günə qədər heç gətirmədiyimiz qədər çox sayda təyyarə və helikopter çatdırılacaq.

Mütəxəssislər ABŞ-ın Dədəağac limanına bu qədər əhəmiyyət verməsinə səbəb kimi Vaşinqtonun Balkanlar və Qara dənizdə həm NATO, həm də ABŞ-ın gücünü artırmaq niyyəti ilə izah edirlər.

Xəbərdə ABŞNATO-nun Dədəğaca limanı vasitəsilə Balkanlar və Şərqi Avropadakı artan hərbi varlığının Rusiyanı narahat edəcəyi qeyd edilir.

Qeyd edək ki, bu ilin mayında keçirilən çoxtərəfli təlimlərə Türkiyəyə xüsusi töhvə vermişdi.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar