Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərtrans MMC" Vətən Müharibəsi qazisini niyə işinə bərpa etmir? - Foto

Qazinin 11 il işlədiyi şirkət müharibədən qayıtdıqdan sonra onu heç bir səbəb göstərmədən işinə bərpa etmir...

PİA.az-a Qarabağ qazisinin ailəsindən şuikayət daxil olub. Məsələni araşdıran əməkdaşımız qazinin özü və ailəsi ilə görüşdükdən sonra məlum olub ki, onu 11 il işlədiyi şirkət müharibədən qayıtdıqdan sonra heç bir səbəb göstərmədən işinə bərpa etmir.

Qazi Yusubov Elşad Hümbət oğlu 27 sentyabr 2020-ci il Vətən müharibəsi başlayan kimi cəbhəyə yola düşüb. O, Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyşlərdə iştirak edib. Adı çəkilən ərazilərin düşməndən azad edilməsindən sonra cəbhənin müxtəlif istiqamətlərində xidmətini davam etdirib. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Ali Baş Komandan, prezident İlham Əliyev tərəfindən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Elşad Yusubov 27 dekabr 2020-ci ildə Ali Baş Komandanın imzaladığı fərmanla ordudan təxris olunub və evlərinə qayıdıb. Aradan 1 il ötməsinə baxmayaraq qazi hələ də özünə iş tapa bilmir.

Onun müxbirimizə bildirdiyinə görə, müharibədən bir az əvvəl 11 il çalışdığı "Azərtrans MMC" şirkətindən işdən çıxarılıb. Heç bir səbəb gətirilmədən işini itirən qazi rəhbərliklə görüşmək istəsə də, bu cəhdləri boşa çıxıb. Ordudan təxris olunduqdan sonra qazi yenə köhnə işlədiyi şirkətə işə bərpa olunmaq istəsə də, rəhbərlik onu qəbul etməyib. "Azərtrans MMC" şirkətinin Vətən müharibəsi veteranını nəyə görə işinə bərpa etmədiyi sualına isə şirkətdə heç kim cavab vermir.

Qazinin anası Yusubova Sahilənin sözlərinə görə, həyat yoldaşı və özü müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərinə görə işləyə bilmirlər. Ailənin bütün yükü oğlunun üstündədir. Onu isə işinə bərpa etmək istəmirlər. Sahilə Yusubova bildirib ki, dəfələrlə şirkətin rəhbəri Etibar Vəliyevin qəbuluna düşmək istəsələr də, o, yerində olduğu halda onları qəbul etməkdən imtina edib.

Xatırladırıq ki, qazi Elşad Yusubovun bir 5 yaşlı övladı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar