Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "İşğalçıların 30 ildə dağıtdıqlarını Azərbaycan tez və effektiv şəkildə bərpa edir"

"Azərbaycan 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Azərbaycan ordusunun yüksək döyüş hazırlığı və mənəvi ruhu hesabına qalib gəldi".

Bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Azərbaycan qələbəni özü qazandı. Azərbaycan hərbçilərinin döyüş hazırlığı və mənəvi ruhu İlham Əliyev kimi siyasi fiqur sayəsində təmin olundu. Ali Baş Komandan və Prezident kimi, o, böyük rol oynadı – şaxələndirilmiş, güclü iqtisadiyyat yaradıldı, mükəmməl silahlı qüvvələr formalaşdırıldı. O, dünya səviyyəli siyasətçi və hazırda dünyanın ən effektiv liderlərindən biridir. O, əməli ilə sübut etdi ki, müharibədə qalib gəlmək üçün məhz bu cür rəhbərə malik olmaq lazımdır”, - ekspert bildirib.

Onun fikrincə, bu gün Azərbaycan azad edilmiş əraziləri sürətlə bərpa edir: “Çox qısa müddətdə tikilən obyektlər ən yüksək beynəlxalq standartlara cavab verir. Füzuli Hava Limanı, Füzuli ilə Şuşanı birləşdirən “Zəfər yolu” infrastruktur nöqteyi-nəzərindən texniki standart və parametrlərin ən son tələblərinə cavab verir. Azərbaycan bərpa prosesində çox yüksək temp və səviyyə nümayiş etdirir. Hesab edirəm ki, bu, müəyyən mənada ölkənin vizit kartına çevriləcək. İşğalçıların 30 il ərzində dağıtdıqları bu gün tez və effektiv şəkildə bərpa edilir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar