Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Xorvatiya XİN rəhbərlərinin görüşü keçirilib - Yenilənib

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfəri çərçivəsində Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Xorvatiya arasında münasibətlərin inkişafı perspektivləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib. O, ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, ali və yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin təşkilinin əhəmiyyətini vurğulayaraq, bu müsbət tendensiyanın davam etdirilməsinin vacib olduğunu ifadə edib.

Nazir Qordan Qrliç Radman Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə edib və Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə istinad edib. İki ölkə arasında bir sıra oxşarlıqların olduğunu səsləndirən Xorvatiya naziri, bu xüsusda ölkələrin suverenliyi və müstəqillik mübarizəsini qeyd edib. O, müstəqilliyin bərpası dövründə Azərbaycan tərəfindən əldə olunmuş nailiyyətlərin təqdirəlayiq olduğunu söyləyib. Nazir, Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrinin mütəmadi əsasda keçirilməsi, parlament ölçüsü üzrə əlaqələrin genişləndirilməsi, habelə əlaqələrimizin əsas sütunlarından olan iqtisadi sahədə, eləcə də enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, humanitar, turizm və digər istiqamətlər üzrə əlaqələrin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Cari səfər çərçivəsində Biznes Forumunun təşkilinin iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı platformasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycan ərazisindəki son vəziyyət, xüsusilə də üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri həmkarının diqqətinə çatdırıb. Azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, eləcə də minalardan təmizləmə işləri ilə bağlı məlumat verib. Dost Xorvatiyanın xüsusilə minalardan təmizləmə sahəsində təcrübəsi nəzərə alınmaqla, azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq prosesində iştirak edə biləcəyi qeyd edilib.

Görüşdə nazirlər, həmçinin bölgələrdəki vəziyyət və qlobal gündəliyə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman arasında geniş tərkibli görüş keçirilir.

PİA.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar