Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Partiya sədri: “Azəriqaz”ın rəhbərliyini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur”

"Ölkə təsərrüfatında, xüsusilə təbii qazın, suyun və elektrik enerjisinin təchizatında bir sıra qüsurlar var. Təbii ki, burada birbaşa olaraq aiddiyyatı qurumlar məsuliyyət daşıyır. Lakin belə olan halda, vətəndaşların da aktiv olması vacibdir".

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Partiya sədri bildirib ki, vətəndaşlar öz istehlakçı hüquqlarını müdafiə etməyi bacarmalıdırlar:

"İndiki vəziyyətdə problemlər artmağa davam edəcək, problemlərin həlli ilə heç kim məşğul olmayacaq. Problemin həlli üçün müəyyən şəkildə aktivlik nümayiş etdirərək təzyiq göstərmək lazımdır. Təəssüf ki, bu, indiki cəmiyyətə xas xarakter deyil. Hazırda ölkədə hər yerdə təbii qazla bağlı müxtəlif problemlər var. Üstəlik, təbii qazın qiyməti də qaldırılıb. Ona görə də, "Azəriqaz"ın rəhbərliyini müsbət qiymətləndirmək üçün heç bir əsas yoxdur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar