Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya Ukraynanın NATO-ya üzvlüyünə mane ola bilməz” – Kremldən şok etiraf

Rusiya Ukraynanın NATO -ya üzvlüyünə mane ola bilməz. Amma bu cür addımların ölkəmiz üçün nəticələrini minimuma endirə bilərik. Şübhə etmirəm ki, Ukrayna ilə NATO arasında yaxınlaşma davam edərsə, Rusiya lazım olan hər şeyi ediləcək".

Ovqat.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rossiya-1 telekanalına müsahibəsində belə deyib.
 
 Sözçünün fikrincə, Rusiya alyansın bütün təcavüzkarlığına baxmayaraq, həmişə NATO ilə əlaqələrin inkişafının tərəfdarı olub, lakin Moskvanın əməkdaşlıq üçün göstərdiyi bütün səylər boşa çıxıb. 
 
Moskvanın NATO-dakı missiyasının işini dayandırmaq üzrə addımını şərh edən Peşkov onu da  bildirib ki, bu alyans Rusiyanı özünün rəqibi hesab edir, ona görə də onunla münasibətləri dayandırmaqda heç bir qəbahət yoxdur.
 
“Əgər aqressivliyin kəskinləşməsi fonunda, əsas vəzifənin bizi cilovlamaq olduğu barədə bəyanatlar verilirsə, biz bu münasibətlərdən imtina etsək belə, heç bir dəhşətli şey olmayacaq”, - deyə, o əlavə edib.
 
Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Baydenin yaxın gələcəkdə görüşməsi barədə anlaşma var və bu görüşdə çox məsələlərə aydınlıq gətiriləcək.
 
Qeyd edək ki, son zamanlar NATO və Ukrayna rəsmiləri bu ölkənin sözügedən alyansa qoşulması perspektivindən bəhs edirlər. Gözlənilən bu qəbul zamanı ortaya çıxa biləcək insidentlərin qarşısını almaq üçün ABŞ-ın açıq şəkildə Ukraynanı silahlandırdığı da gözlərdən yayınmır. Belə bir zamanda Peskovun bu cür açıqlama verməsi Moskvanın da getdikcə bu perspektivlə razılaşdığını göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar