Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aclıq böhranı qapıda:Kabildə acından ölən 8 uşağın meyiti tapılıb

Bu barədə mətbuata Əfqanıstan parlamentinin keçmiş üzvü Məhəmməd Mohaqiq məlumat verib. "Azadlıq" radiosu xəbər verir ki, oktyabrın 24-də “Facebook” səhifəsində açıqlama yayan Məhəmməd Mohaqiq bildirib ki, uşaqlar təxminən üç həftə əvvəl Kabilin 13-cü məhəlləsində ölüblər.

O bildirib ki, uşaqları yerli molla və tapdıqları məhəllə sakinləri dəfn ediblər. Məhəmməd Əli Bamiani adlı yerli molla, uşaqlarının ölümüylə bağlı təfərrüatlar verərək, ən böyük uşağın təxminən səkkiz, ən kiçiyinin isə yaş yarımda körpə olduğunu deyib. "Onların heç kimləri yox idi. Onların valideynləri ölüb, yaxın qohumları olmayıb” deyə Bamiani bildirib. O, uşaqların cəsədlərinin tapıldığı evə girdiyini söyləyib. Əfqanıstanın Taliban hərəkatının rəhbərlik etdiyi hökumət hələlik ölənlərlə bağlı açıqlama verməyib. Birləşmiş Millətlər Təşkilatı bildirir ki, tezliklə humanitar yardım göstərilməyəcəyi təqdirdə kütləvi aclıq da daxil olmaqla Əfqanıstan böyük bir humanitar böhranla üzləşə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir

Ən çox oxunanalar