Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: "Zəngəzur koridoru açılmasa Laçın dəhlizini bağlamalıyıq"

"Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat konfransında dedikləri həm daxili auditoriyaya hesablanıb, həm də Moskvaya yönələn mesajlardır. Amma onun fikirlərində məntiqsizlik var".

Bunu “Report”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert vurğulayıb ki, N.Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər reallığa uyğun deyil: “O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin bu, Qarabağa aid olmayacaq. Bu, sadəcə mümkün deyil. Çünki sülh müqaviləsinin imzalanması ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması deməkdir. Fikrimcə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə keçiriləcək görüşdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılacaq”.

N.Paşinyanın rəsmi Bakının İrəvana qarşı aqressiv siyasət yürütməsi və guya Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı iddialarına toxunan politoloq söyləyib ki, erməni siyasətçilər işğal dövrünün reallıqlarına öyrəşiblər və hazırkı vəziyyəti qəbul edə bilmirlər: “Təkcə Paşinyan yox, digər siyasi liderlər də uzun illər sərhədin olmamasına öyrəşmişdilər. Qarabağı faktiki olaraq özlərinə birləşdirmişdilər. Elə bilirdilər ki, belə də davam edəcək. Ancaq biz artıq ərazi bütövlüyümüzü təmin etmişik. Bu, əlbəttə, Ermənistan üçün ağırdır. Biz isə öz işimizi görməli, strateji yüksəkliklərə nəzarətimizi artırmalıyıq. Amma bu o demək deyil ki, diaoloq istəmirik, əksinə, Ermənistanla dialoqu da genişləndirməliyik. İndi əsas məsələ Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanmasıdır. Rusiyanın Ermənistana təzyiqləri artsa, bu proses baş verə bilər. Rusiya rəsmiləri hələlik komissiyanın yaradılması məsələsini gündəmə gətiriblər. Əgər Zəngəzur dəhlizinın açılması ilə bağlı razılıq əldə olunmasa biz də adekvat addım atıb, Laçın dəhlizini bağlamalıyıq”.

N.Paşinyan mətbuat konfransında Azərbaycanı Ermənistana münasibətdə aqressiv siyasət yürütməkdə və ya cəngəllik siyasəti aparmaqda ittiham edib. Əslində bu erməni həyasızlığının növbəti nümunəsidir. İrəvanda oturanlar bununla 30 il Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətini ört-basdır etmək istəyirlər. Amma bunu bacarmayacaqlar, neçə ki işğal dövründə buna nail ola bilmədilər. Hələ bu gün də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin ünsürləri qalmaqdadır. Azərbaycan Qazax rayonunun kəndləri və Naxçıvanın Kərki kəndi Ermənistanın işğalı altındadır.

N.Paşinyan hökumətinin parlamentə çıxardığı və təsdiq olunduğu sənəddə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları növbəti dəfə təsdiq olunub. Hökumət başçısı öz nitqində Qarabağı yenə də “Artsax” adlandıraraq Azərbaycanın bu bölgəsinin öz müqəddəratını təyin etmə statusuna malik olduğunu bildirir. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətinin açıq nümunələridir.

N.Paşinyan xəritələrin çox olduğunu özü etiraf edib və hətta onları şəkilli kağız adlandırıb. O, Azərbaycanın mövqeyini təsdiq edib ki, Ermənistan-Azərbaycan sərhədləri, xüsusilə sərhədin Zəngilan, Qubadlı, LaçınKəlbəcər istiqamətləri ilə bağlı vahid xəritə yoxdur. Onda hansı əsasla Ermənistan Azərbaycan qoşunlarının Ermənistan ərazisində olduğunu iddia edir? Azərbaycan silahlı qüvvələrinin Şərqi Zəngəzurda durduqları yer ölkəmizin suveren ərazisi hesab olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar