Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Piter Teys: “Rəsmi İrəvan reallığı qəbul etməlidir”

“Rəsmi İrəvan reallığı qəbul etməli və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməlidir”.

Bunu “Report”a ABŞ politoloqu, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Azərbaycan, RusiyaErmənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş görüşünün nəticələrini şərh edərkən bildirib.

Ermənistan hökuməti 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməyə cürət etmir və Azərbaycan ilə sərhəddən təxribatlar təşkil etməkdə davam edir. Ermənistan rəhbərliyi əvvəlki tək zəifdir, o, öz seçiciləri arasında populyarlığını əhəmiyyətli dərəcədə itirib. Ermənistan cəmiyyəti, təəssüf ki, özünütəcrid halında qalmaqdadır”, - politoloq deyib.

O hesab edir ki, beynəlxalq görüşlər son nəticədə Baş nazir Nikol Paşinyana sübut edəcək ki, Ermənistan üçün iqtisadi uğurun yolu noyabr bəyanatının müddəalarını yerinə yetirməkdən keçir.

Ekspertin fikrincə, Ermənistanın beynəlxalq infrastruktur layihələrinin iştirakçısı olması üçün hakim rejim Cənubi Qafqazdakı yeni geosiyasi reallığı qəbul etməli və müvafiq şəkildə hərəkət etməlidir.

“Zəngəzur dəhlizi həqiqətən regional iqtisadiyyatı və sənaye layihələrini dəstəkləyə, Cənubi QafqazAvropada mal və yük axınını artıracaq əsas dəhlizdir”, - ekspert söyləyib.

P.Teys vurğulayıb ki, 2021-ci il 26 noyabr tarixli üçtərəfli görüş Azərbaycan Respublikasının qonşu Ermənistana münasibətdə sülh siyasəti yürütməyə hazır olduğunu sübut edir:

Ermənistanın üçtərəfli Soçi görüşündə iştirakı irəliyə doğru böyük addımdır və Rusiya rəhbərliyi bu məsələdə həlledici, çox vacib rola malikdir. Rəsmi Moskva Azərbaycanın ərazi bütovlüyünün qorunması və İrəvana reallığın qəbul etdirilməsində yaxşı balanslaşdırılmış siyasət yürüdür”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

Ərəblərin ov üçün getdiyi Ceyrançöldəki çadırlarından görüntülər - Video

Evə gec qayıdan aparıcı əri tərəfindən öldürüldü - Təfərrüat

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırdı

Ziya Məmmədovun qardaşı Ramiz Mehdiyevə niyə qarşı çıxır? - 10,4 milyon manatın izi ilə...

Prezident və birinci xanım Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər - Yenilənib

Şöbə müdiri Gündüz Əliyev Sumqayıt şəhərini de-fakto ələ keçirib...

Ən çox oxunanalar