Bazar ertəsi, 24 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Misirdə peyvənd olunmayan şəxslərin dövlət qurumlarına girişi qadağan edilib

Misirdə koronavirusa qarşı peyvənd olunmayan vətəndaşların dövlət idarələrinə girişinə qadağa qüvvəyə minib.

“Report” TASS-a istinadən xəbər verir ki, dekabrın 1-dən bu qadağa istisnasız olaraq bütün vətəndaşlara şamil edilir.

Məhdudiyyətlər noyabrın ortalarında qəbul olunmuş və hökumət başçısına əhalinin müdafiəsi üçün tədbirlər görmək hüququ verən epidemiya və pandemiya ilə mübarizə haqqında qanun çərçivəsində tətbiq edilib.

Ölkə prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən ratifikasiya olunan qanun, xüsusən də, yalnız koronavirusa qarşı peyvənd edildikdən sonra dövlət xidmətlərinə çıxış imkanını təmin edir. Peyvənd olunmayanlar üç gün ərzində etibarlı olan PCR testləri keçməlidirlər. Yeni qayda bütün nazirlik və idarələri, dövlət qurumlarını əhatə edir.

İstisna indiyə qədər yalnız banklar üçün edilib - orada peyvənd tələb olunmur.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Şuşa” niyə “Buta” oldu? - Komandasının rəhbəri Müşfiq Abbasovdan utancverici açıqlama - Video

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

Müşfiq Abbasovun növbəti riyakarlığı - Güya komandanın adını qaytarıb...

Eldar Həsənovun həbsinin pərdəarxası məqamları: Növbədə Eldar Mahmudovdur…  - Təfərrüat

Ukrayna-Rusiya müharibəsinin ilk qurbanı Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı oldu

"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..." - Tahir İmanov KVN rəzilliyindən danışdı

Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır ?

Təhsil Nazirliyinin korluğumu, yoxsa "tərcümə xətası" adı ilə cəmiyyətə "yedizdirilən" cinayət?..

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

Ermənistan Prezidentinin istefasının əsl səbəbləri məlum olub

Ən çox oxunanalar