Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əməkdar artist əməliyyat olundu

Akademik Musiqili Teatr aktyor Novruz Əliyevlə (Qartal) bağlı açıqlama yayıb.

Teatrın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“Son vaxtlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Novruz Əliyevin səhhəti ilə bağlı teatra müraciətlər olunur.

Bildiririk ki, Novruz Əliyev (Qartal) noyabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Təbii ki, pandemiya ilə əlaqədar olaraq xəstə ziyarətinə qızından başqa heç kəs, hətta digər ailə üzvləri belə buraxılmayıb. Dünən isə xəstəxanadan çıxarılıb, qızı İlahə xanımın evindədir və ev şəraitində müalicəsi davam edir”.
Qeyd edək ki, N.Əliyev 1968-ci ildən Musiqili Teatrda işləməyə başlayıb. Bir müddət Xalq artisti Hacıbaba Bağırovun rəhbərlik etdiyi “Tənqid-təbliğ” Teatrında (1989-cu ildən) çalışsa da, müəyyən fasilədən sonra 1996-cı ildən yenə də Musiqili Teatra qayıdıb və bu günə qədər də burada fəaliyyətini davam etdirir.

“İstər teatrlar pandemiya səbəbindən qapalı olduğu zamanlarda, istərsə də ondan əvvəlki və sonrakı dönəmlərdə Novruz Əliyevin səhhətində yaranan problemlərə görə teatr rəhbərliyi hər zaman onun yanında olub, iş yoldaşları aktyorun ailəsinə, evinə baş çəkiblər, ona maddi və mənəvi köməklik göstərilib. Teatrın kollektivi hər vaxt qocaman aktyorun yanındadır. Teatrın direktor müavini, Teatr Həmkarlar Təşkilatının sədri və truppa müdiri aktyora elə bu gün də qızının evində baş çəkiblər”, - açıqlamada qeyd edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar