Bazar ertəsi, 24 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İranda bitməyən sosial etirazlar - Molla rejimi hansı səbəbdən kütləvi etirazları asanlıqla yatıra bilir?

İranda müxalifətin etnik platformalara sahib olması və bir-birlərinə qarşı düşmən mövqedən çıxış etmələri bu ölkənin gələcəyində hansı rol oyanayacaq?..

Politoloq: “Siyasi aksiylar üçün koordinasiya və təşkilatlanma vacibdir, hələ ki, İranda bu imkanlara malik siyasi qrupları müşahidə etimirik”.

İran İslam İnqilabından sonra bu ölkədə spesifik siyasi sistem yaranıb və uzun müddət sosial güzəştlər, insan hüquq və azadlıqları, siyasi hüquqlarla bağlı məhdudiyyətləri kompensasiya edib. İranda faktiki olaraq, əsas siyasi məsələlər ali dini lider tərəfindən həll edilir və ölkədə siyasi institutların fəaliyyəti xeyli dərəcədə formal xarakter daşıyr”.

Bu sözləri politoloq Zaur İbrahimli son illərdə İranda keçirilən sosial etirazların asanlıqla yatırıla bilmə səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son illər İranda davamlı sosial etirazların şahidi oluruq. Etirazlarda iştirak edənlər yüz minləri əhatə edir. Buna baxmayaraq bu etirazların rejimə təsiri nə daxildə, nə də xaricdə hiss olunmur. İlk baxışdan İranda baş verənlər sırf sosial tələblərlə baş tutan etirazlar kimi dəyərləndirilsə də, hakimiyyətin müxtəlif qolları arasında intriqaların bu məsələdə rolunun olduğunu da inkar etmək mümkün deyil.

Lakin o da faktdır ki, İran müxalifəti etniklərə parçalamış olduğundan, müxalifətin fəaliyyəti ölkə miqyasında koordinasiya olunmur və bu da molla rejiminə yüz minlərin, bəzən isə milyonların etiraz aksiyasını idarə etmək, bir çox hallarda isə bu etirazları asanlıqla yatırtmaq imkanı verir.

Bəs İran müxalifətinin bütün ölkə səviyyəsində koordinasiya olunmaması və əsasən etnik ya da milli platformalardan çıxış etmələri molla rejiminin etirazları asanlıqla yatıra bilməsində hansı səviyyədə rol oynayır? Digər tərəfdən İranda müxalifətin etnik platformalara sahib olması və bir-birlərinə qarşı düşmən mövqedən çıxış etmələri bu ölkənin gələcəyində hansı rolu oyanaya bilər və bu faktor reimin maraqlarına nə qədər cavab verir?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Sosial problemlər həllini tapmasa və İran hakmiyyəti yeni dövrün şərtlərinə uyğun islahatlar apara bilməsə, bu vəziyyət çox uzun müddət davam edə bilməyəcək”.

İranda etirazların sosial xarakterli olmasını nəzərə çatdıran politoloq PİA.az-a açıqlamsında qeyd edib ki, İranda sırf siyasi tələblər ortaya qoyan aksiyalar nadir hallarda olur. Çünki, İranda hakimiyyət çox böyük təqib və izləmə, həmçinin cəza maşınına malikdir:

İran İslam İnqilabından sonra bu ölkədə spesifik siyasi sistem yaranıb və uzun müddət sosial güzəştlər, insan hüquq və azadlıqları, siyasi hüquqlarla bağlı məhdudiyyətləri kompensasiya edib. İranda faktiki olaraq, əsas siyasi məsələlər ali dini lider tərəfindən həll edilir və ölkədə siyasi institutların fəaliyyəti xeyli dərəcədə formal xarakter daşıyr.

Ümumiyyətlə, İran siyasi sisteminin iki əsas cəhətini qeyd etmək lazımdır. Zahiri və real olanı. Zahiri olaraq ölkədə siyasi maraq qrupları var, seçkilər keçirilir, prezident, parlament seçilir. Real olanı isə ali dini lider və onun komandası, yalnız ona tabe olan təhlükəsizlik və xüsusi hərbi qüvvələrdir. Hökumətin sosial güzşətləri bir müddət əhalini qane edirdi və siyasi etirazlar yalnız mövcud sistemin necə fəaliyyət göstərməsinn bəzi aspektləri və xarici siyasət məsələləri ilə bağlı idi. Son illər isə xarici sanksiyalar İran iqtisadiyyatnı zəiflədib və hökumət əvvəlki kimi sosial güzşətlər verə bilmir.

Həmçinin, əhalinin böyük bir hissəsini təşkil edən gənclərin də dini ideologiyadan irəli gələn məhdudiyyətlərlə barışmaq istəmədiyi müşahidə olunur. Onu da qeyd edim ki, İranda hakim siyasi təbəqənin korrupsiyaya bulaşması, klanlaşma əhali arasında ciddi narazılıq yaradıb. Məhz bu səbəbdən indiki İran prezidenti İbarhim Rəsisinin seçildiyi son seçkilərdə seçki aktivliyi həddindən aşağı oldu. Eyni zamanda son 3 ildir ki, İranda sosial etirazlar geniş vüsət alıb. Son prezident seçkiərində əsas müzakirə mövzusu məhz korrupsiya, sosial ədalətsizlik, klanlaşma olmuşdu. Yəni aksiyalar, etirazlar təsirsiz qalmır.

Zaur İbrahimli: “Uzun illər boyu İranda yaşaşyan xalqların arasına da düşmənşilik toxumları səpilib və bu xalqların siyasi spektrdə bir-birləri ilə münasibətləri göründüyü qədər sadə deyil, daha doğrusu çox mürəkkəbdir”.

Başqa bir məqam isə hələ ki, İranda etirazların sosial xarakterli olmasıdır. Sırf siyasi aksiyalar nadir hallarda olur. Çünki, İranda hakimiyyət çox böyük təqib və izləmə, cəza maşınına malikdir. Eyni zamanda son 30 ildə siyasi rəqabət imkanları tamamilə yox edilib.

Siyasi aksiylar üçün koordinasiya və təşkilatlanma vacibdir, hələ ki, İranda bu imkanlara malik siyasi qrupları müşahidə etimirik. Koordinasiya olunan müxalifət fars mərkəzli olmalıdır və bu fars mərkəzli müxalifətə İranda yaşayan etniklər etimad göstərmirlər. Çünki İranda yaşayan çox saylı etniklər, o cümlədən iranlı adı altında bütün milli hüquqlarından məhrum olan soydaçlarımızın əsas arzusu və məqsədi fars boyunduruğunu üzərllərindən atmaqdır. Bu üzdən də İranda ümummilli müxalifətin ortaya çıxması bir az imkansız görünür. Bu faktor həm də İranda yaşayan ayrı-ayrı xalqların rejimə qarşı birlikdə mübarizə aparmasını çox çətinləşdirir və təbii ki, molla rejimi də bundan ustalıqla yayarlanır. Heç bir xalq isə təkbaşına rejimə qalib gələ bilməz.

Farslar olmadan qeyri xalqların birləşməsi də asan məsələ deyil. Çünki uzun illər boyu İranda yaşaşyan xalqların arasına da düşmənşilik toxumları səpilib və bu xalqların siyasi spektrdə bir-birləri ilə münasibətləri göründüyü qədər sadə deyil, daha doğrusu çox mürəkkəbdir. Bu üzdən də İranda sosial etirazlar daha böyük vüsət alıb və bir gün bu səbəbdən rejim iflas edərsə, mən İranda vətəndaş müharibəsinin olacağını istisna eləmirəm.

Xaricdən təbliğat və təşviqat isə İran kimi ölkədə səmərə verə bilməz. Lakin ehtimal etmək olar ki, sosial problemlər həllini tapmasa və İran hakmiyyəti yeni dövrün şərtlərinə uyğun islahatlar apara bilməsə, bu vəziyyət çox uzun müddət davam edə bilməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Şuşa” niyə “Buta” oldu? - Komandasının rəhbəri Müşfiq Abbasovdan utancverici açıqlama - Video

Könül İsmayılova: “Şuşa bizimdir, hər hansı erməni dığasının təkidinə asanlıqla təslim olmaq acizlik əlamətidir”

Müşfiq Abbasovun növbəti riyakarlığı - Güya komandanın adını qaytarıb...

Eldar Həsənovun həbsinin pərdəarxası məqamları: Növbədə Eldar Mahmudovdur…  - Təfərrüat

Ukrayna-Rusiya müharibəsinin ilk qurbanı Almaniya Hərbi Dəniz Qüvvələrinin baş komandanı oldu

"Anar Məmmədxanova "Şuşa"nın adını dəyiş desəydilər..." - Tahir İmanov KVN rəzilliyindən danışdı

Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır ?

Təhsil Nazirliyinin korluğumu, yoxsa "tərcümə xətası" adı ilə cəmiyyətə "yedizdirilən" cinayət?..

MDB-də ən az əməkhaqqı artımı Azərbaycanda olub

ABŞ-Rusiya qarşıdurmasında Türkiyə - Vəziyyət hər gün daha da pisləşir...

Ən çox oxunanalar