Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nüvə silahı əldə etsə, bunun Yaxın Şərq və Cənubi Qafqazdakı siyasi proseslərə təsiri necə olacaq?

Cəmi bir neçə ay əvvəl Azərbaycana qarşı güc tətbiq etməyə cəhd edən İranın nüvə silahı əldə etdikdən sonra ölkəmizə qarşı aqressiyası arta bilərmi?..

Natiq Miri: “İran terror ünsürləri ilə bilavasitə iç-içə olan, onlarla əməkdaşlıq edən dövlətdir. Belə olan halda taktiki nüvə silahının terrorçu qruplaşmalarının əlinə keçməsi təhlükəsi ehtimalı da nəzərdən qaçırılmamalıdır”.

Ədalət Verdiyev: “İranın nüvə silahları əldə etməsinə dair çalışmaları artıq uzun müddətdir davam edir”.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) srağagün yaydığı növbəti hesabatda bildirilir ki, İran Fordo şəhərində yerləşən yeraltı zavodda uranın zənginləşdirilməsini­ davam etdirir və Tehran əlində olan zənginləşdirilmiş uranla artıq nüvə silahı yaratmaq mərhələsindədir.

Bundan başqa Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi “Fransa 24” telekanalına açıqlamasında MAQATE müfəttişlərinin İranın atom təsisatlarına məhdudiyyətsiz çıxış əldə etməsini tələb edib.

Geosiyasi kataklizmlərin yaşandığı bu dönəmdə İranın nüvə silahı əldə etməsi ümumilikdə Yaxın Şərq və Cənubi Qafqazdakı siyasi və geosiyasi proseslərə necə təsir edə bilər və hansı prosseslərin tətikləyicisi ola bilər? Xüsusən cəmi bir neçə ay əvvəl Azərbaycana qarşı güc tətbiq etməyə cəhd edən İranın nüvə silahı əldə etdikdən sonra ölkəmizə qarşı aqressiyası arta bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri və hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Natiq Miri: “İranın növə silahı əldə etməsi digər regional dövlətləri nüvə silahı əldə etmək yarışına sövq edə bilər”.

İran kimi qeyri-sabit, ayrıca terroru dəstəkləyən, terrora maliyyə ayıran və terror ünsürləri ilə əməkdaşlıq edib müxtəlif regionlarda vəziyyəti gərginləşdirən bir dövlətdən söhbət getdiyini vurğulayan politoloq PİA.az-a açqılamasında qeyd edib ki, Belə bir dövlətin nüvə silahı əldə etməsi həm regional, həm də qlobal dövlətləri narahat etməlidir:

“İlk növbədə həm regional, həm də qlobal səviyyədə arzuolunan bir vəziyyət deyil. Ola bilsin ki, bu İranın özünün təhlükəsizliyini qorumaq baxımından önəmli hadisə ola bilər. Amma bir şeyi anlamaq lazımdır ki, İranın növə silahı əldə etməsi digər regional dövlətləri nüvə silahı əldə etmək yarışına sövq edə bilər. Yəni regionda Türkiyə kimi güclü bir ölkə var. Bildiyimiz kimi artıq Türkiyə də nüvə silahını əldə etmək üçün Rusiya ilə konkret müqavilə bağlayıb. Həmçinin konkret bir neçə mərhələ keçirib və proses bitmə mərhələsindədir. Ümumiyyətlə isə əgər İran nüvə silahına sahib olacaqsa, onda Türkiyənin və regionun daha bir neçə ölkəsinin nüvə silahına sahib olmaq haqqı meydana çıxacaq.

Eyni zamanda istər regionda, istərsə də dünyanın digər regionlarında başqa dövlətlər nüvə silahı əldə etmək istəyir. İran kimi qeyri-sabit, ayrıca terroru dəstəkləyən, terrora maliyyə ayıran və terror ünsürləri ilə əməkdaşlıq edib müxtəlif regionlarda vəziyyəti gərginləşdirən bir dövlətdən söhbət gedir. Belə bir dövlətin əlbəttə ki, nüvə silahı əldə etməsi həm regional, həm də qlobal dövlətləri narahat etməlidir.

İranla nüvə anlaşması məsələsi hələ də Vyanada müzakirə predmetidir. Açığı anlaşma o qədər də perspektivli görünmür. Doğrudur, dünən İranın xarici işlər naziri bəyan etdi Vyanada anlaşma əldə oluna bilər. Güya konkret yanaşma tərzi tapılmış olsa, (rasional yanaşma tərzi deyəndə də İran ilk növbədə ölkəsinə tətbiq edən bütün sanksiyalardan söhbət edir) bundan sonra anlaşmanın olması mümkündür.

Natiq Miri: “Nüvə silahına İran sözün həqiqi mənasında yaxındırsa, düşünürəm ki, bu regionda böyük hərbi, siyasi kataklizmlərə gətirib çıxara bilər”.

Əlbəttə ki, bu ABŞ-ın maraqlarına uyğun olan davranış deyil. Buna görə də bu məsələdə ortaq məxrəcə gəlinməsi məsələsi bir az praqmatik görsənir. Hər bir halda nüvə sazişinin yenidən əldə olunması, məsələnin razılaşdırılması və İranda nüvə prosesinə nəzarətin olunması dünya adına müsbət hadisə olardı. Yox əgər həqiqətən də nüvə silahına İran sözün həqiqi mənasında yaxındırsa, düşünürəm ki, bu regionda böyük hərbi, siyasi kataklizmlərə gətirib çıxara bilər. Çünki İranın nüvə silahı əldə etməsi İsrailin təhlükəsizliyinə ciddi təhdid yaradır. İsrail də buna imkan verməyəcəyini hər fürsətdə bəyan edir. Bu kontekstdə ABŞ da İsraili dəstəkləyəcəyini deyir.

Təsəvvür edin ki, əgər belə bir hadisə yaşansa, regionda yeni bir müharibə ocağı qaçınılmaz ola bilər və bu müharibədə kütləvi qırğın silahlarının istifadəsi istisna olunmur. Bu da yeni humanitar faciələr deməkdir. Buna görə də mənə elə gəlir ki, bu məsələdə məsuliyyəti davranmağa ehtiyac var. Həm İran, həm də İranla bu yöndə danışıqlar aparan digər qlobal və regional güclər tərəfindən məsələyə məsuliyyətlə yanaşılmalıdır. Yaxın perspektivdə konkret nəticələrin necə olacağını biləcəyik.

Bir daha qeyd edim ki, İranın nüvə silahı əldə etməsi arzuolunan deyil. İran nüvə silahı əldə etməklə bunun İran dövləti üçün çəkindirici məqam olacağını düşünürsə, o da nəzərə alınmadı ki, bu İranla məhdudlaşacaq məsələ deyil. İran nüvə silah əldə edəcəksə, əmin olun ki, yaxın zamanda başqa dövlətlər nüvə silahı əldə etmək istəyəcək və onların bu istəyi normal hal kimi qəbul olunmalıdır. Belə olan halda da İranın özü başqa ölkələr üçün təhdid olduğu kimi, başqa ölkələr də İran üçün təhdid olacaq.

Natiq Miri: “Bu sonu olmayan prosesdir. Buna görə də bunun çözümü Vyanada mütləq mənada anlaşmaqdır”.

Bu da bütövlükdə təkcə region üçün deyil, dünya üçün təhlükə yaranacaq. Buna görə də istər İran, istərsə də digər dövlətlər üçün nüvə silahının əldə edilməsi çözüm deyil. Məsələni bu kontekstdə həll etməyi kim düşünürsə, o çox yalnış düşüncədir. İranın təhlükə olması qısa müddətli ola bilər. Uzaq perspektivdə eyni şeyi başqa dövlətlər, eləcə də qardaş Türkiyə də edəcək. Həmçinin Türkiyə ilə rəqib olan başqa dövlətlər də nüvə silahı əldə etmək istəyəcək.

Bu sonu olmayan prosesdir. Buna görə də bunun çözümü Vyanada mütləq mənada anlaşmaqdır. Bu nüvə prosesinin nəzarət altına alınması yalnız dinc məqsədlər üçün istifadəyə icazə verilməsi kontekstindən ola bilər. Bunun alternativi yoxdur. Əgər alternativ olmuş olsa, bu təkcə Azərbaycan üçün təhlükə yaratmır. Bu bütün region və qlobal dövlətlər üçün təhlükə yaradır. Çünki İran terror ünsürləri ilə bilavasitə iç-içə olan, onlarla əməkdaşlıq edən dövlətdir. Belə olan halda taktiki nüvə silahının terrorçu qruplaşmalarının əlinə keçməsi təhlükəsi ehtimalı da nəzərdən qaçırılmamalıdır. Bu da açığı bütün dünya üçün təhlükə yaradacaq amildir.

Düşünürəm ki, qlobal güclər buna göz yummayacaq. Buna görə də mütləq mənada hər bir tərəf məsələyə etibarlı yanaşmalı və problemin çözümü üçün anlamalıdırlar. Nüvə məsələsi dinc məqsədlər üçün yalnız istifadəyə yararlı olmalıdır”.

Ədalət Verdiyev: “Düşünmürəm ki, hansısa bir ölkə bu nüvə silahından istifadə etmək kimi yalnış qərar qəbul etsin”.

Nüvə silahının çəkindirmə silahı olduğunu xatırladan hərbi ekspert Ədalət Verdiyev isə PİA.az-a bildirib ki, istənilən halda biz yaxınlığımızda nüvə silahı görmək istəməzdik:

İranın nüvə silahları əldə etməsinə dair çalışmaları artıq uzun müddətdir davam edir. Zaman-zaman biz bu barədə həm MAQAT-nin, həm də digər təşkilatların hesabatlarında yeni məlumatlara rast gəlirik. ABŞ və İsrail də son zamanlar bu barədə kifayət məlumatlar paylaşmaqdadır.

İran nüvə silahını daha çox öz rəqiblərindən qorunmaq məqsədi ilə istifadə etmək niyyətindədir. Hazırkı müasir dünyada bir çox ölkənin nüvə silahı artıq mövcuddur. Lakin düşünmürəm ki, hansısa bir ölkə bu nüvə silahından istifadə etmək kimi yalnış qərar qəbul etsin. Təbii ki, nüvə silahı çəkindirmə silahdır. Bu rəqibləri nüvə silahına sahib olan ölkəyə qarşı fəaliyyətlərdə kənar durmaq məqsədi ilə hazırlanır.

Real vəziyyətdə Azərbaycanİran arasında olan münasibətlər əvvəlinə nisbətən daha istidir. İki ölkə arasında olan fikir ayrılıqları da qismən aradan qaldırılıb. İran Azərbaycanla əməkdaşlıq etmək niyyətini İqtisadi Əməkdaşlıq Təşkilatında da bildirib. Buna görə də düşünürəm ki, İran nüvə silahını bizə qarşı nəzərdə tutsun. Amma istənilən halda biz yaxınlığımızda nüvə silahı görmək istəməzdik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar