Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İrəvan Moskva olmadan Ankara və Bakı ilə...” - Qriqoryanın Anadolu agentliyinə müsahibəsi

“İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün yeni fürsət yaranıb”.

Bunu “Anadolu”ya müsahibəsində Ermənistan parlamentinin sabiq deputatı Stepan Qriqoryan deyib.

Ermənistan müharibəni uduzub və hazırda zəif vəziyyətdədir. Hökumət Türkiyə və Azərbaycanla danışıqlar aparmalıdır, amma bu, Rusiya kimi vasitəçilər olmadan gerçəkləşməlidir”, - sabiq deputat qeyd edib.

Qriqoryan Türkiyənin bölgədə Rusiyaya alternativ ola biləcəyini vurğulayıb: “Türkiyə məntiqli və proqnozlaşdırıla bilən bir ölkədir. Türkiyə öz siyasətinə uyğun olaraq ciddi xarici siyasət yürüdür”.

Türkiyə və Azərbaycanın Zəngəzurda dəhliz açmaq istəyinin ağlabatan olduğunu qeyd edən Qriqoryan bildirib:

“Türkiyə Azərbaycan, Ermənistan və Orta Asiyaya avtomobil və dəmir yollarının olmasını istəyir. Bununla regionun ortaq tarixə, mədəniyyətə və dilə malik olan ölkələri ilə yaxın olmaq istəyir. Bu başadüşüləndir. Bunun Ermənistanın maraqlarına zidd olduğunu deyə bilmərik. Rusiya da bunu dəstəkləyir və Ermənistana bu istiqamətdə təzyiq edir”.

“Dəhliz” ifadəsinin Ermənistanda narahatlığa səbəb olduğunu və buna nəzarətin tamamilə türklərə və ruslara keçəcəyi ilə bağlı fikirlər olduğunu bildirən Qriqoryan deyib:
“Buna millətçi dairələrdən etirazlar var. Biz demokratik ölkəyik. Hər kəs öz fikrini bildirə bilər. Azərbaycan bu dəhlizin Ermənistanın suverenliyinə qarşı olmadığını deyir. Hesab edirəm ki, Rusiya bu məsələdə tərəfləri manipulyasiya edir və ona görə də Moskva kimi vasitəçi olmadan danışıqlar aparılmalıdır”.

Qriqoryan Türkiyənin Ermənistan üçün davamlı və etibarlı tərəfdaş olmaq potensialına malik olduğunu söyləyib:

“Türkiyənin Azərbaycana dəstəyi və onunla müttəfiqliyi başadüşüləndir və bu müzakirə olunmamalıdır. Bununla yanaşı, Ermənistanla ağlabatan və balanslı əlaqələr qura bilər. Eyni şey Ermənistana da aiddir. Biz Rusiya vasitəsilə deyil, Türkiyə və Azərbaycanla birbaşa əlaqələrin qurulması yoluna baxmalıyıq. Bunun asan olacağını demirəm. Bəli, bir çox məsələlərdə fikir ayrılıqları var, amma danışıqlar aparılmalıdır, buna başlamaq lazımdır”.

Sabiq deputat Qarabağ məsələsinin Türkiyə və Ermənistan arasında ilk normallaşma prosesini əngəllədiyini xatırladıb:

Azərbaycan indi Qarabağ ətrafındakı 7 rayonu geri alıb, Şuşa və Hadrut da daxil olmaqla Qarabağın böyük hissəsinə nəzarət edir. Bu gün bizim sülhü bərqərar etmək şansımız daha böyükdür. İndi tərəflər vasitəçisiz masa arxasında əyləşə bilər”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar