Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: "Keşlə" azlıqda qələbəni əldən verib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

"Report"un məlumatına görə, açılış matçında "Keşlə" klubu "Səbail"i qəbul edib. "ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Matçın əvvəli "Keşlə" üçün yaxşı alınmayıb. 14-cü dəqiqədə paytaxt klubunun kapitanı İlkin Qırtımov zədələnərək meydanı tərk edib. Onu digər cinah müdafiəçisi Tural Axundov əvəzləyib.

Oyunda hesab ilk hissənin əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Felipe Santos penaltidən fərqlənməklə komandasını önə keçirib. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ikinci yarıya da qolla başlayıb. 46-cı dəqiqədə Anatol Abanq adını tabloya yazdırıb. Lakin kamerunlu hücumçu 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən qonaqlar cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə fərqi azaldıblar. Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Camal Araqo qoyub.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Keşlə" 7-ci pillədə qalıb. "Sumqayıt" isə 10 xalla sonuncu - 8-cidir.

pia.az 

Günün ikinci oyununda "Qarabağ" "Azersun Arena"da "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, tura sabah keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" matçları ilə yekun vurulacaq


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar