Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Keşlə"nin baş məşqçisi: "Anatole Abanqın komandadakı taleyi məlum deyil"

"Anatole Abanqın sarı vərəqə aldığı epizodları tam incələdikdən onunla bağlı qərar verəcəyik".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Səbail"lə 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XIII tur oyununda kamerunlu hücumçunun qırmızı vərəqə alması ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis futbolda bu cür halların baş verə biləcəyini söyləyib. Qurbanov qışda müqaviləsi başa oyunçunun adının başqa klublarla hallanmasını normal hesab edib: "İnanmıram ki, fikri başqa yerdə olduğu üçün bu cür hərəkətlər etsin. Dünən ikinci qolumuzu Abanq vurub. Sadəcə, həmin epizodlar aqressivlikdən qaynaqlanırdı".

Gənc baş məşqçi "futbolçunun özünü nizamlaması üçün nələrsə edəcəksinizmi" sualını bu cür cavablandırıb: "Onun qışda klubla sözləməsi başa çatır. Komandada qalıb-qalmayacağı bəlli deyil".

Qeyd edək ki, Anatole Abanq "Səbail"lə görüşün 1 və 61-ci dəqiqələrində sarı vərəqə alaraq meydandan qovulub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar