Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusun Müdafiə Nazirliyi Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib

Belarusun Müdafiə Nazirliyi dövlət sərhədinin pozulması ilə bağlı Ukraynanın hərbi attaşesinə etiraz notası təqdim edib.

PİA.az bildirir ki, bu barədə bazar günü Belarus Müdafiə Nazirliyi öz Telegram kanalında məlumat verib.

Məlumatda bildirilir ki, 2021-ci il dekabrın 5-də Ukraynanın Belarus Respublikasındakı səfirliyindəki hərbi attaşe Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinə çağırılıb:

“Ukrayna tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanını pozulması hallarının artması ilə əlaqədar attaşeyə etiraz notası təqdim edilib”.

Bildirilir ki, buna səbəb 4 dekabr 2021-ci il tarixində Ukraynaya məxsus Mi-8 tipli helikopter tərəfindən Belarus Respublikasının dövlət sərhədinin hava məkanını pozulması olub. Belarus tərəfi hərbi attaşeyə məlumat verib ki, Ukrayna tərəfi həm beynəlxalq hərbi əməkdaşlıq, həm də silahlara nəzarət baxımından mübahisəli məsələlərin həlli üçün dialoqdan yayınır ki, bu da çox narahatedicidir.

Fakt olaraq isə, Belarus dövlət sərhədi yaxınlığında keçirilən bir sıra təlimləri göstəriblər.

Belarus Müdafiə Nazirliyi bildirib ki, bu faktların məcmusu ölkənin cənub istiqamətində təhlükəsizliyə təhdid ehtimalının olmasını göstərir.

Qeyd edək ki, dekabrın 4-də Belarus-Ukrayna sərhədində, Mozır sərhəd dəstəsinin “Novaya Rudnya” keçid məntəqəsi yaxınlığında Ukraynaya məxsus Mi-8 hərbi helikopteri təxminən 100 metr hündürlükdə dövlət sərhədini keçərək 1 km Belarus ərazisinə daxil olub. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar