Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya-Ukrayna toqquşmasında maraqlı olan ölkələr var... - Rusiya bu müharibəyə gedə bilərmi?

Rusiyanı Ukraynanın işğalına cəlb etmək, ya da müharibəyə vadar etmək kollektiv Qərb üçün xüsusi əhəmiyyətli məsələdir?..

Politoloq: “Qərb ölkələrinin Ukraynanın belə sürətlə silahlandırması dərindən təhlil edərkən belə qənaətə gəlmək olar ki, Rusiya və Ukrayna arasında toqquşmanın baş verməsi və yaxud Rusiyanın münaqişəyə cəlb edilməsi kim yaxud kimlərsə üçün böyük maraq kəsb edir”.

Rusiya bu məsələni ciddiyə alıb Ukrayna məsələsində müharibə variantını seçməkdə tələsməyə bilər. Əgər Rusiya Ukrayna ilə müharibə variantını seçərsə, bu onun üçün ikiqat zərbə ola bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ukrayna və Rusiya arasında olan gərginliyin pik həddə çatmasında maraqlı olan ölkələrin məqsədlərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, NATO baş katibi Yens Stoltonberqin mətbuat konfransı zamanı Ukrayna ətrafında baş verənlərə görə Rusiyanın birbaşa məsuliyyət daşıdığını bildirib. Eyni zamnda ABŞ Dövlət Departamenti Ukraynaya yeni silahlar göndərilməsi bağlı məlumat dərc edib. Məlumata görə ABŞ Ukraynaya 200 milyon dollarlıq silah və texnika yollayacaq.

Qərb ölkələrinin də Ukraynanın belə sürətlə silahlandırması dərindən təhlil edərkən belə qənaətə gəlmək olar ki, Rusiya və Ukrayna arasında toqquşmanın baş verməsi və yaxud Rusiyanın münaqişəyə cəlb edilməsi kollektiv Qərb üçün böyük maraq kəsb edir.

Bir çox rus analitikləri isə hesab edirlər ki, Ukrayna sərhədlərinə ordu toplayan Putin sadəcə bleflə məşğuldur və son anda müharibəyə getməyəcək. Lakin Ukrayna məsələsinin özünün “qırmızı xətti” elan edən Putinin Ukraynayla sərhədə ordu toplaması artıq blef etməkdən çıxmaqdadır. Çünki bilirik ki, öz nüfuzuna hər şeydən çox dəyər verən Putinin geri dönmək imkanları günü-gündən imkansızlaşır.

Rusiyanı Ukraynanın işğalına cəlb etmək, ya da müharibəyə vadar etmək kollektiv Qərb üçün xüsusi əhəmiyyətli məsələdir və Rusiya bu müharibəyə gedə bilərmi?

Ukrayna-Rusiya sərhədində baş verən gərginliyi PİA.az-ın əməkdaşı “Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin təsisçisi, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Müharibənin bütün ağırlığı və itkiləri Ukrayna xalqnın olacaq. Kollektiv Qərb və Çin isə bu müharibənin meyvələrini toplayıb bəhrələnəəcəklər”.

Əgər Rusiya və Ukrayna arasında müharibə baş verərsə, qazanan Qərb ölkələrinin olacağını dünən politoloq PİA.az-a bildirib ki, Qərblə bərabər Çin də bu müharibədən qazanclı çıxacaq:

NATO baş katibi Yens Stoltonberqin Rusiyanı sərt şəkildə xəbərdar etməsi vəziyyətin getdikcə daha ciddi hal aldığını və müharibə riskinin hər gün bir az daha artmasının göstəricisi kimi də qəbul edilə bilər.

Bugün mediasında, xüsusilə də “Reuters” tərəfindən yayılan xəbərə görə İngiltərə və Kanada Ukraynaya silah və hərbi mütəxəssislər göndərib. İngiltərənin tank əleyhinə silahları, Kanadanın isə xüsusi təyinatlıları Ukraynada yerləşdirilib. MKİ mütəxəssislərinin Ukrayynada yerli hərbiçilərə partizan müharibəsi aparmaq üçün təlim keçməsi də gələn xəbərlər arasındanır.

Qərb ölkələrinin Ukraynanın belə sürətlə silahlandırması və müharibəyə hazırlamasını dərindən təhlil edərkən belə qənaətə gəlmək olar ki, Rusiya və Ukrayna arasında toqquşmanın baş verməsi və yaxud Rusiyanın münaqişəyə cəlb edilməsi kim yaxud kimlərsə üçün böyük maraq kəsb edir. Ona görə də, bütün NATO üzvü dövlətlərin Ukraynaya yardımı davam etməkdədir.

Hətta son yayılan məlumatlara görə ABŞ-ın Dövlət Katibi Entoni Blinkin Ukraynaya səfərə gəlir. Əlbəttə ki, Dövlət Katibinin səfərinin məqsədi aydındır. Hesab edirəm ki, Blinken Ukraynaya dəstək mesajını çatdırmaq və Rusiyaya qarşı birgə cəbhə almaq məsələsində söz verməyə gəlir.

Samir Hümbətov: “Son hadisələr də göstərdi ki, Çin üçün Mərkəzi Asiyaya girməkdə ən böyük maneə məhz Rusiyadır. Ona görə də, Rusiyanın zəifləməsi Çinin Mərkəzi Asiyada yolunun açılmasına xeyli dərəcədə kömək etmiş olacaq”.

Əgər Rusiya və Ukrayna arasında müharibə baş verərsə, əlbəttə ki, qazanan Qərb ölkələri olacaq. Qərblə bərabər Çin də qazanclı çıxacaq. Qərb ona görə qazanclı çıxacaq ki, Rusiya və Ukraynanı qarşı-qarşıya gətirməklə hər iki tərəfə təzyiq elementi yaratmaq imkanı əldə etmiş olur.

1. Rusiyaya qarşı çoxdandır arzu etdiyi sanksiyalar paketini qəbul edərək Rusiya iqtisadiyyatını sarsıtmağa cəhd edəcək;

2. Ukraynanı isə Rusiya təhdidindən biz qoruduq deyərək özünə bağlamağa çalışacaq.

Düşünürəm ki, burada qazanclı çıxan güclərdən birir də Çin olacaq. Ona görə ki, son günlər Qazaxıstanda atılan addımlardan görünür ki, Çin üçün əsas hədəf Rusiyanın zəifləməsidir. Son hadisələr də göstərdi ki, Çin üçün Mərkəzi Asiyaya girməkdə ən böyük maneə məhz Rusiyadır. Ona görə də, Rusiyanın zəifləməsi Çinin Mərkəzi Asiyada yolunun açılmasına xeyli dərəcədə kömək etmiş olacaq. Çinin “Bir Kəmər, Bir Yol” məsələsində qəti mövqe göstərməsi və Avrasiyanı özünün siyasi və iqtisadi təsiri altına salmaq istəməsi həm Qərb, həm də Rusiya tərəfində aydın şəkildə görünməkdədir.

Samir Hümbətov: “Qərb Ukraynaya silah və söz yardımı edə bilər. Genişmiqyaslı ordu ilə gəlib Ukrayna uğrunda döyüşməsi isə o qədər də inandırıcı görünmür”.

Hesab edirəm ki, Rusiya bu məsələni ciddiyə alıb Ukrayna məsələsində müharibə variantını seçməkdə tələsməyə bilər. Əgər Rusiya Ukrayna ilə müharibə variantını seçərsə, bu onun üçün ikiqat zərbə ola bilər.

1. Qərbdən sanksiyalar gələ bilər;

2. Onun zəifləməsindən istifadə edərək Çin ilk növbədə Mərkəzi Asiya olmaqla Rusiyanın nüfuzunun möhkəm olduğu ərazilərdə də mövqeyini möhkəmləndirə bilər.

Nəhayət, burada itirəcək əsas ölkə Ukrayna ola bilər. Ukrayna üçün itkilər dörd istiqamət üzrə ola bilər.

1. Ərazi

2. Əhali

3. İqtisadi

4. Hərbi

Qeyd edilənlərin itrilməsi isə Ukrayna üçün ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də hesab edirəm ki, tərəflər arasında baş verə biləcək müharibə məhz Qərb və Çinin maraqlarına xidmət edir. Qərb Ukraynaya silah və söz yardımı edə bilər. Genişmiqyaslı ordu ilə gəlib Ukrayna uğrunda döyüşməsi isə o qədər də inandırıcı görünmür. Yəni müharibənin bütün ağırlığı və itkiləri Ukrayna xalqnın olacaq. Kollektiv Qərb və Çin isə bu müharibənin meyvələrini toplayıb bəhrələnəəcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar