Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Cenevrədə Blinken Lavrovla görüşəcək - Tərəflər müharibədən qaça biləcək?..

Bu görüşdən hər iki tərəf güzəştə getmədən öz mövqeyi ilə ayrılarsa, hadisələrin inkişafı öz cığırından çıxa bilərmi?..

Siyasi şərhçi: “Bu gün Cenevrədə ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdən çox şey asılıdır. Deyə bilərik ki, bu görüş həlledici görüşdür”.

“Cenevrə görüşündə Rusiyaya minumum şeylər təklif olunacaq. Bu Ukrayna ərazisində ortamənzilli raketlərin yerləşdirilməməsi zəmanəti ola bilər. Ya da Ukraynanın bu il Madritdə keçiriləcək NATO-nun növbəti qurultayına Ukraynanı NATO-ya qəbul etməmək zəmanəti verilə bilər”.

Bu sözləri siyasi şərhçi Fərhad Məmmədov bu gün Cenevrədə baş tutacaq ABŞ-Rusiya görüşünün mümkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Cenevrədə ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş baş tutacaq. Bu görüşün iki ölkə arasında münasibətlərin Karib böhranından sonra ən gərgin səviyyədə olduğu bir vaxtda baş tutur. Bundan əvvəl iki ölkə diplomatlarının Cenevrədə baş titan danışıqları isə uğursuz olmuşdu.

Blinken-Lavrov görüşünün uğurlu ola bilməsi üçün şərtlər mövcuddurmu və bu görüşdən hər iki tərəf güzəştə getmədən öz mövqeyi ilə ayrılarsa, hadisələrin inkişafı öz cığırından çıxa bilərmi?

Blinken-Lavrov görüşünü PİA.az-ın əməkdaşı siyasi şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Proseslər onu göstərir ki, ABŞ Rusiyanın tələbləri ilə nəinki razılaşmır, hətta təhdidedici qərarlar da qəbul edib”.

Görüşü uğursuz alınarsa, ABŞ və müttəfiqlərinin Ukraynaya silah və maliyyə yardımı göstərəcəyini düşünən siyasi şərhçi PİA.az-a açıqlamasında qeyd edib ki, Qərb Ukraynada Rusiyanın böyük itkilərlə üzləşməsini istəyir:

“Bu gün Cenevrədə ABŞ-ın Dövlət Katibi Entoni Blinkenlə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdən çox şey asılıdır. Deyə bilərik ki, bu görüş həlledici görüşdür. Çünki Rusiya prezidenti Putin ABŞ-a təqdim etdiyi “Rusiyanın təhlükəsizliyi” adlı sənədin Vaşinqton tərəfindən qəbul edilməsi üçün vaxt vermişdi. Bu vaxt isə bitir. Yəni Rusiyanın maksimalist təklifinə indi ABŞ cavab verməlidir. Proseslər onu göstərir ki, ABŞ Rusiyanın tələbləri ilə nəyinki razılaşmır, hətta təhdidedici qərarlar da qəbul edib.

Hesab edirəm ki, Cenevrə görüşündə Rusiyaya minumum şeylər təklif olunacaq. Bu Ukrayna ərazisində ortamənzilli raketlərin yerləşdirilməməsi zəmanəti ola bilər. Ya da Ukraynanın bu il Madritdə keçiriləcək NATO-nun növbəti qurultayına Ukraynanı NATO-ya qəbul etməmək zəmanəti verilə bilər. Eyni zamanda siyasi-diplomatik münasibətin başlaçası üçün müvafiq şərait yaradıla bilər.

Rusiya tərəfinin isə bununla qane olmayacağ artıq bəllidir. Bayden də dünən “kiçik aqressiya” ifadəsini səsləndirdi. Düşünürəm ki, ABŞ və müttəfiqləri Ukraynaya silah və maliyyə yardımı göstərəcək. vaşinqtona görə əgər Rusiyanın hərəkətlənməsi baş versə, Rusiya böyük itkilərlə üzləşməlidir. Yəni Qərbin ümidi ondan ibarətdir ki, Rusiyanın hərəkətlənməsini önləsin. Bu da alınmazsa, Qərb gözlənilən müharibəni lokallaşdırmaq və Rusiyanın Ukraynanın dərinlərinə irəliləməsini mürəkkəbləşdirmək istəyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar