Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Başçısız qalan rayonlar – Siyahı

Yanvar ayının 19-da Prezident İlham Əliyev Abşeronun icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə paytaxtın Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev vəzifəsindən azad edilərək Abşerona yeni başçı təyin olunub.

Hələlik Nərimanov rayonuna icra başçısı təyin edilməyib.

Məlumat üçün bildirək ki, Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayında bu rayona rəhbər gətirilmişdi. O,uzun illərdən sonra fəaliyyətini digər rayonda - Abşeronda davam etdirəcək.
Hazırda Bakının Nərimanov rayonu ilə birlikdə 6 rayonun icra başçısı postu boş qalır.

PİA.az həmin rayonların siyahısını təqdim edir:

Nizami rayonu

Nərimanov kimi, Bakının Nizami rayonuna da icra başçısı təyin edilməyib. Sabiq başçısı Arif Qasımov Prezident İlham Əliyevin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə rayona başçı gətirilmişdi. O, 11 iyul 2020-ci ildə həmin vəzifədən azad edilib.

Gədəbəy

Gədəbəyin də icra başçısı postu boşdur. 2018-ci ildən rayonu idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.

Göygöl

Sabiq icra başçısı Arif Seyidovun 14 illik rəhbərliyindən sonra Göygöl başsız qalan rayonlar sırasındadır. Belə ki, 2006-ci ilin fevralın 23-də başçı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Hələlik bu rayona təyinat gerçəkləşdirilməyib.

Kürdəmir

2020-ci il avqustun 19-da Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov saxlanılıb. Həbs edilən icra başçısı avqustun 20-də vəzifəsindən azad edilib. Məlum olaydan sonra Kürdəmirin icra başçısı postu hələlik boş qalır.

Lerik

Başçısız qalan rayonlardan biri də Lerikdir. Ölkə başçısının 2 aprel 2007-ci il tarixli Sərəncamı ilə bu rayona icra başçısı gətirilən Rövşən Bağırov ötən il aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. R. Bağırovun əvəzinə təyinat aparılmayıb.(Modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar