Çərşənbə, 18 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

NATO: "Ordunun Bolqarıstan və Rumıniyadan çıxarılmasını istisna edirik"

NATO-da Rusiyanın Rumıniya və Bolqarıstandan ordunun çıxarılması tələbini rədd ediblər. Bu barədə Alyansın daimi nümayəndəsi Oana Lunqesku Tvitterdə xəbər verib.

Alyansda bəyan ediblər ki, bu, ölkələri birinci və ikinci sorta bölməyə gətirib çıxaracaq.

Moskva tələb edir ki, NATO qüvvələri 1997-ci ildə ittifaqa daxil olmayan ölkələrin ərazisindən çıxarılsın. Bolqarıstan və Rumıniya Alyansa yalnız 2004-cü ildə daxil olublar.

"NATO ölkələrinin birinci və ikinci sort ölkələrə bölünməsi barədə Rusiyanın tələbi qəbulolunmazdır. Biz, Avropada istənilən təsir dairəsi ideyasını rədd edirik" - o, yazıb.

1997-ci ildə Rusiya və Şimali Atlantika Alyansı qarşılıqlı münasibətlər (əməkdaşlıq və təhlükəsizlik) barədə Əsas aktı imzalayıblar. Sənəddə deyilir ki, tərəflər bir-birinə düşmən kimi baxmır.

1997-ci ildə NATO-ya Şərqi Avropa ölkələri daxil deyildilər. Ardınca genişlənmə barədə bir neçə dalğa baş verib. 1999-cu ildə Çexiya, Polşa və Macarıstan ona qoşulub, 2004-cü ildə Litva, Latviya, Estoniya, Rumıniya, Bolqarıstan, Sloveniya və Slovakiya, 2009-cu ildə isə Xorvatiya və Albaniya, 2020-ci ildə Şimali Makedoniya.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

İqor Ponomaryov: "Mənə nağıl lazım deyil, sözlərimi kimə lazımdırsa, çatdırın"

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

Fazil Mustafa Rəşad Dağlıya: “Allahsan, ya peyğəmbərsən?!” - Video

Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - Yenilənib

İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb - Yenilənib

Ən çox oxunanalar