Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı general hücumun başlaya biləcəyi günü açıqladı

Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatının komandanı, general-leytenant Oleksandr Pavlyuk hesab edir ki, Rusiyanın Ukraynaya hücumu fevralın 20-də başlaya bilər. O, bu barədə “The Times” qəzetinə müsahibəsində bildirib.

Rusiya fevralın 20-də, Qış Olimpiya Oyunları başa çatdıqdan sonra hücuma keçə bilər. Bu tarix bizi narahat edir”, - deyə ukraynalı general bildirib. O xatırladıb ki, fevralın 20-si Rusiya-Belarus birgə təlimlərinin son günüdür və Rusiya bu təlimdən bəhanə kimi istifadə edərək, Belarusa çoxlu sayda hərbçi və silah-sursat ötürüb.

Pavlyuk eyni zamanda yeni Ukrayna torpaqlarını ələ keçirmək cəhdinin “çox ağır olacağını” vəd edib. Onun sözlərinə görə, Ukrayna kəşfiyyatı Rusiya qoşunlarının əsas hücum istiqamətini hesablasa, düşmən çox böyük itkilər verəcək və bundan sonra hücum dayandırıla bilər.

Pavlyuk qeyd edib ki, Ukrayna hazırda Rusiyanın təcavüzünü dəf etməyə fəal şəkildə hazırlaşır. Hərbçilərlə birlikdə ölkəni qoruyacaq ərazi müdafiə bölmələri yaradılıb. Söhbət bütün Ukrayna üzrə 100 mindən çox könüllüdən gedir. General hesab edir ki, Kreml ölkənin hərbi və sənaye potensialına maksimum ziyan vurmaq üçün zərbələrini ölkənin cənub-şərqində cəmləşdirəcək, həmçinin onu Qara dənizdən kəsməyə çalışacaq. "Ruslar şərqdə təkcə Donetsk və Luqanskla kifayətlənməyəcək", - Pavlyuk əmindir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar