Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

Ukraynanın keçmiş baş naziri, Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmasından sonra onunla birlikdə Rusiyaya qaçan Nikolay Azarov Putini Ukraynaya qoşun yeritməyə çağırır. virtualaz.org xəbər verir ki, Azarov bu haqda “Solovyov Live” YouTube kanalında Kremlin təbliğatçısı Vladimir Solovyovla söhbətində deyib.

Onun sözlərinə görə, Ukrayna əhalisinin “əhəmiyyətli hissəsi” Rusiya qoşunlarının ölkəyə yeridilməsini gözləyir. Və ukraynalıların böyük əksəriyyətinin ruslarla döyüşməyə hazır olduğu haqda deyilənlər Azarovun fikrincə, "boş şeydir".

“Əhval-ruhiyyə hazırda belədir: əhalinin əhəmiyyətli hissəsi gözləyir ki, Putin nə vaxt hücum edəcək və ölkəni azad edəcək. Bu, əhalinin əhəmiyyətli hissəsidir. Təbii ki, onlar bu haqda publik olaraq danışmırlar, amma belə əhval-ruhiyyə var. Əhalinin əksər hissəsi belə düşünür ki, bundan betər ola bilməz”,-keçmiş baş nazir deyib.

Azarovun sözlərinə görə, Rusiya Ukraynaya hücum etsə indiki siyasi elita arasında panika başlayacaq və onlar öz aktivlərini, ailə üzvlərini xaricə qaçıracaqlar.

Qeyd edək ki, Azarovun adı bu günlərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən açıqlanan hesabatda Rusiya kəşfiyyatı ilə təmasda olan ukraynalı siyasətçilərin arasında yer alırdı.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar