Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnflyasiya hansı səviyyədə manatın devalvasiyasını zəruri prosesə çevrilə bilər?..

Hazırda manat sadəcə adminstrativ qaydada ABŞ dollarına münasibətdə nominal dəyərini qoruya bilir. Bu durumda manatın devalvasiyası nə qədər mümkündür?..

Ekspert: “Hazırda müxtəlif ərzaq məhsullarının qiymətində 50%-ə qədər artım müşahidə edirik. Bu da dolayısıyla manatın dəyərdən düşməsinə səbəb olur, insanların alıcılıq qabiliyyəti getdikcə pisləşir”.

“Ölkəmizdə istər enerji daşıyıcılarının, istərsə də xidmətlərin qiymətlərini bazar formalaşdırmır. Qiymətləri müəyyən edən qurum Tarif Şurasıdır ki, bu qurum da birbaşa hökümətin sifarişlərini yerinə yetirir”.

Bu sözləri inflaysiyanın sürətlə artdığı indiki şəraitdə manatın dəyərini PİA.az-a şərh edrkən iqrisadçı ekspert Vüsalə Əhmədova deyib.

Neftin yüksək qiymətlə satıldığı indiki dönəmdə hökümətin xidmət və enerji qiymətlərini artırması səbəbindən ölkədə inflyasiya sürətlə artır. Bu isə təbii olaraq manatın dəyər itirməsi anlamına gəlir. Hazırda manat sadəcə adminstrativ qaydada ABŞ dollarına münasibətdə nominal dəyərini qoruya bilir. Bu durumda manatın devalvasiyası nə qədər mümkündür və bu prosses hansı dövrdən sonra zəruri prosesə çevrilə bilər?

Manatın hazırkı real dəyərini PİA.az-ın əmkdaşı ekspert, iqtisadçı alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Neftin dünya bazar qiymətində kifayət qədər yüksəlmə olduğu bir vaxtda, daxili bazarda enerji daşıyıcılarının qiymətinin yüksəldilməsi istehlak bazarına ciddi təsir göstərir”.

Yalnız yanacağın qiymətinin qaldırılması kənd təsərrüfatı və qida məhsullarının, nəqliyyat və qeyri-ərzaq mallarının qiymətində yüksəlməyə səbəb olduğunu vurğulayan ekspert PİA.az-a bildirib ki, manatın alıcılıq qabiliyyətinin azalmasına təkcə bu faktorlar təsir etmir, eyni zamanda təbii ki, geopolitik faktorlar da öz təsirini göstərir:

“Ölkəmizdə istər enerji daşıyıcılarının, istərsə də xidmətlərin qiymətlərini bazar formalaşdırmır. Qiymətləri müəyyən edən qurum Tarif Şurasıdır ki, bu qurum da birbaşa hökümətin sifarişlərini yerinə yetirir. Biz neft və qaz ixrac edən ölkəyik, ancaq daxildə yanacağın və qazın qiymətini dünya bazar qiymətləri ilə tənzimləyirik. Neftin dünya bazar qiymətində kifayət qədər yüksəlmə olduğu bir vaxtda, enerji daşıyıcılarının qiymətinin yüksəldilməsi istehlak bazarına ciddi təsir göstərir. Yalnız yanacağın qiymətinin qaldırılması kənd təsərrüfatı və qida məhsullarının, nəqliyyat və qeyri-ərzaq mallarının qiymətində yüksəlməyə səbəb olur.

Hazırda müxtəlif ərzaq məhsullarının qiymətində 50%-ə qədər artım müşahidə edirik. Bu da dolayısıyla manatın dəyərdən düşməsinə səbəb olur, insanların alıcılıq qabiliyyəti getdikcə pisləşir. Manatın alıcılıq qabiliyyətinin aşaqğı düşməsinə təbii ki, geopolitik faktorlar da öz təsirini göstərir. Bilirsiz ki, Rusiya və Ukrayna arasında yaşanan gərginlik fonunda rus rublu dəyər itirməyə başlayıb. Bu səbəbdən Rusiyada dolların alış və satışı hazırda məhdudlaşdırılıb. Türkiyədə də son bir ildə lirə iki dəfə dəyər itirib. Bizim əsas ticari tərfdaşlarımız olan bu ölkələrin valyta bazarlarında yaşaşan xaos Azərbaycana da müəyyən təsirlər edir və bu təsirlər müxtəlif səpkilidir.

Manatın nominal dəyərinə gəlincə, diqqətlər 25-26 yanvar tarixlərində FED-in açıqlayacağı qərara köklənmişdi. Ümumiyyətlə FED-in bu ay faiz dərəcələrini artıracağı gözləntisi olsa da, ehtimal çox az idi və dünən axşam bu ehtimal özünü doğrultdu.

Vüsalə Əhmədova: “Kritik tarixlər mart ayı və ondan sonrakı iyun, sentyabr aylarıdır. Dolların dəyər qazanması fonunda, mart ayından sonra və ya ilin ikinci yarısında bizdə də devalvasiya gözlənilə bilər”.

Ancaq FED-in mart ayı toplantısında baza faiz dərəcələrini artıracağı ehtimalı yüksəkdir. Bu il ərzində FED-in hətta bir neçə dəfə faiz dərəcələrini artıracağı ehtimal olunur. ABŞ hökumətinin illik inflyasiya hədəfi 2%-dir. Hazırda ABŞ-da inflyasiya hökumətin hədəfinin olduqca üzərindədir. Keçən ilin dekabr ayına inflyasiya göstəricisi 6%-dən yüksək idi və üst-üstə 7 aydır ki, inflyasiya 5%-in üzərindədir. Belə olan halda mütləqdir ki, FED il ərzində bir neçə dəfə uçot dərəcələrini yüksəldəcək. Kritik tarixlər mart ayı və ondan sonrakı iyun, sentyabr aylarıdır. Nəticədə, dolların dəyər qazanması fonunda, mart ayından sonra və ya ilin ikinci yarısında bizdə də devalvasiya gözlənilə bilər.

Qiymətlərin hazırkı artım tempndə isə bu onsuz da inflyasiya olaraq ortaya çıxır və manatın alıcılıq qabiliyyəəti aşağı düşür. Lakin hökümət 2024-cü ilə qədər manatın hazırkı nominal dəyərini saxlamağı planlaşdırır ki, bu da daha çox geosiyasi faktorlardan asılı olacaq. Çünki qlobal geosiyasi gərginlik və müharibə fonunda dünya iqtisadiyyatında ciddi dalğalanmaların olması qaçınılmaz olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar