Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyən Türkiyə Rusiyanın ayağının altına yağ çəkir?..

Bu iki neytral ölkəni NATO-ya almaq üçün çalışan Qərb ölkələrinin Türkiyəyə qarşı reaksiyası hansı səviyyədə ola bilər?..

Siyasi-şərhçi: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını Rusiyaya dəstək kimi təqdim etmək yanlışdır”.

“Düşünürəm ki, Finlandiya və İsveçrənin NATO-ya qəbul olunmasında kompromis mövqe əldə olunacaq”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Finlandiya və İsveçin NATO-ya daxil olması barədə dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Finlandiya və İsveç NATO-ya daxil olmaları haqqında qərar verdilər. Stokholm Rusiyanın Ukraynaya müdaxiləsindən qaynaqlanan təhlükəsizlik narahatlıqları fonunda 30 üzvü olan Qərb hərbi alyansına üzv olmağa çalışacağını elan etdikdən bir gün sonra İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət imzalayıb. Finlandiya parlamenti də alyansa qoşulmaq qərarını rəsmən təsdiq edib.

Rusiya prezidenti Vladimir Putin isə mayın 16-da bildirib ki, Rusiya Finlandiya və İsveçin NATO-ya daxil olmaq qərarını təhlükə kimi görməsə də, bu ölkələrdə hər hansı hərbi infrastrukturun yerləşdirilməsi Moskvanın əks-reaksiyasına səbəb ola bilər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmadığını bəyan edib. Türkiyə prezidenti bunu İsveç və Finlandiyanın PKK terrorçularının yuvasına çevrilməsi ilə əlaqələndirib.

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləmək üçün F-35 qırıcılarının istehsalı proqramına daxil ediləcəyini gözləyir.

Dünən isə “Bloomberg” Finlandiya və İsveç NATO-ya daxil olması üçün Türkiyənin 5 şərt irəli sürməsi ilə bağlı məlumat yayıb. Həmin şərtlərə Finlandiya və İsveçin PKK-nı teror təşkilatı kimi tanıması, Türkiyəyə silah ixracına qoyulan embarqonun qaldırılması, Türkiyənin uenidən F-35 proqramına daxil edilməsi, F-16 qədərcəlarənən alınması üçün yeni paketin təsdiqi və Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinə görə tətbiq edilən sanksiyaların qaldırılmasından ibarətdir. Göründüyü kimi, bu şərtlərin bir çoxu ABŞ-dan olunan tələbdir.

Öz növbəsində ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Finlandiya və İsveç NATO-ya daxil olması üçün Türkiyə heç bir konkret təklif və ya tələb irəli sürməyib.

Qeyd edək ki, Türkiyənin Finlandiya və İsveç NATO-ya daxil olmasına veto qoymaq təhlükəsi Moskvada məmnunluq yaradıb. Bəzi Qərb siyasi şərhçiləri isə Ərdoğanın bu nümayişkəranə tələbini Rusiyanın maraqları çərçivəsində olduğunu diqqətə çəkir və hesab edirlər ki, Türkiyə prezidenti öz ölkəsinin narahatlıq və təhlükəsizlik problemlərinə diqqət çəkərkən, həm də Rusiyanın maraqlarına dolayısı ilə xidmət edir.

Ərdoğanın bu bəyanatını Rusiyanın maraqlarını müdafiə etmək cəhdi kimi dəyərləndirmək olarmı və Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına veto qoyarsa, uzun illərdir ki, bu iki neytral ölkəni NATO-ya almaq üçün çalışan Qərb ölkələrinin reaksiyası hansı səviyyədə ola bilər?

PİA.az-ın əməkdaşı mövzunu PİA.az-ın əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Ərdoğanın bəyanatı rusiyapərəst kimi təqdim etmək kökündən yalnışdır”.

Bu gün Türkiyənin kifayət qədər müstəqil siyasət yürütdüyünü vurğulayan ekspert PİA.az-a açıqlamsında qeyd edib ki, Ankaranın Moskva ilə münasibətləri də çox gərgin və ziqzaqlıdır. Buna baxmayaraq, bu gün Ankaranın yürütdüyü siyasət həm də gələcəkdə Qərb və NATO üçün açıq qapı siyasəti kimi qəbul olunmalıdır:

“Türkiyə-Rusiya münasibətləri çox mürəkkəb və ziqzaqlıdır. İki ölkə arasında münasibətlər daha çox qarşıdurmanın qarşılıqlı olaraq azaldılması və daha çox əməkdaşlıq yolları axtarılması üzərində formalaışıb. Lakin hər iki ölkə münasibətlərə strateji əhəmiyyət verirlər. Onu da qeyd edim ki, Rusiyanın digər NATO ölkələri olan Yunanıstan və Macarıstanla problemləri daha üst səviyyədəir və bu münasibətlərdə qarşıdurma predmetləri yoxdur. Avropa Birliyinin Rusiyaya qarşı 6-cı sanksiya paketini də məhz Macarıstan öz iqtisadi maraqları çərçivəsində veto edir.

Ona görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu bəyanatını Rusiyaya dəstək kimi təqdim etmək yanlışdır. Türkiyənin NATO ölkəsi olmasına baxmayaraq bir çox Avropa ölkələri bəzi məsələlərdə Türkiyəyə qarşı çıxırlar. Ərdoğanın qeyd etdiyi kimi Finlandiya və İsveçdə PKK-nın özəkləri kifayət qədər fəal olub. Xüsusilə İsveçdə PKK fəal olmaqda davam edir. Hətta PKK üzvləri İsveç parlamentinə dəvət edilir, orda çıxışları dinlənilir. Bu mənada Rəcəb Tayyib Ərdoğanın bəyanatı kifayət qədər anlaşılandır və qəbul ediləndir.

Digər tərəfdən biz Fransanı da misal gətirmək olarş Ya da elə ABŞın özünü. Türkiyənin NATO üzrə hərbi müttəfiqləri olan bu ölkələr PKK-nın müasir silahlarla silahlanmasında birbaşa iştirak edirlər. Fransa çalışır bütün məsələlərdə Türkiyə qarşı çıxsın. Bi siyahını uzatmaq da olar. Almaniya da eyni yoldan gedir. Təbii ki, Ərdoğan da öz mütəfiqlərindən bu siyasətlərə son qoymağı tələb edir və bu tələbində də tamamilə haqlıdır. Türkiyənin NATO müttəfiqləri öz siyasətlərinə aydınlıq gətirməli və PKK ilə işbirliyinə son qoymalıdır. Bütün hallarda PKK-nı dəstəkləmək, həm də Türkiyənin parçalanmasına verilən dəstəkdir.

Ərəstun Oruclu: “Türkiyə Finlandiya və İsveçin üzvlüyünə etiraz edəcəksə, təbii ki, onların NATO-ya qəbulu baş tutmayacaq”.

Bu gün Türkiyə kifayət qədər müstəqil siyasət yürüdür. Ankara artıq çoxdan regional güc olduğunu sübut edib və dəfələrlə də göstərib ki, onun iştirakı olmadan regionda ciddi nailiyyətlərə nail olmaq mümkün deyil. Bu baxımdan Türkiyənin Rusiya ilə münasibətləri də bütün mürəkkəbliyinə baxmayaraq gələcəkdə Qərb, NATO üçün açıq qapı siyasəti kimi qəbul olunmalıdır. Yəni konfliktlər başa çatanda Türkiyə vasitəçi ola biləcək. Bu baxımdan da Türkiyə müstəqil güc mərkəzi kimi çıxış edir. Digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi Türkiyə sərhədlərinə, bütün Qara dəniz hövzəsinə təsir edir ki, burda Türkiyənin vasitəçilik missiyası da önəmlidir.

Düşünürəm ki, Finlandiya və İsveçrənin NATO-ya qəbul olunmasında kompromis mövqe əldə olunacaq. Çünki NATO nizamnaməsinə görə alyansa qəbul olunan yeni ölkələrə bütün üzvlər razılıq verməlidir. Yəni orada qərarlar konsensus əsasında qəbul olunur. Buna görə də Türkiyə Finlandiya və İsveçin üzvlüyünə etiraz edəcəksə, təbii ki, onların NATO-ya qəbulu baş tutmayacaq.

Onu da qeyd edim ki, bir çox Avropa Birliyi ölkələri Türkiyənin AB ilə münasibətlərində pozitiv inkişafa nail olmayıblar. Artıq on illərdir ki, Türkiyə AB qapısında gözləntiyə alınıb və belə görünür ki, bu həmişə belə davam edəcək. Mən demirəm ki, konkret Finlandiya və İsveç Türkiyənin AB-yə üzv olmasında əsas maneə ölkə olublar, lakin onlar da bu işə öz töhfələrini veriblər. İndi də zamanı gəlib və Türkiyə də onlara adekvat reaksiya verir. Mən Ərdoğanın bu bəyanatını belə qəbul edirəm. Bu bəyanatı rusiyapərəst kimi təqdim etmək kökündən yalnışdır və ədalətin təcəlləsi kimi qəbul olunmalıdır. Digər tərəfdən isə Ərdoğan Yunanıstanın NATO-ya qəbulu zamanı Türkiyənin veto qoymamsı ilə bağlı sölədiyi fikirlərdə çox haqlıdır. Çünki Yunanıstan indi məhz NATO-dan istifadə edib Türkiyəyə meydan oxuyur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar