Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycanın 4 taekvondoçusu mübarizəyə başlayır

Azərbaycanın 4 taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 final mərhələsində xorvatiyalı Josip Teskera ilə üz-üzə gələcək.

63 kq-dakı Qasım Məhəmmədov 1/32 finalda ukraynalı Volodimir Bıstrova ilə görüşəcək.

Qadın taekvonduçulardan 49 kq-da yer alan Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Patimat Abakarova 1/16 finalda almaniyalı Suparada Kisskalta ilə, 53 kq-dakı Röya Hacıyeva isə danimarkalı Luise Linqbeklə qarşılaşacaq.

Bu gün həmçinin parataekvondo üzrə qitə yarışı da start götürəcək. 58 kq-dakı Sabir Zeynalov və 47 kq-dakı Röyalə Fətəliyeva dayanq üzərinə çıxacaq. Onlar müvafiq olaraq, özbəkistanlı Sanjarbəy Muntorov və türkiyəli Nurcihan Ekinci ilə döyüşəcəklər.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Avropa çempionatı mayın 22-də başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar