Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Türkiyə arasında sosial müdafiə və məşğulluq üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb

Azərbaycan və Türkiyə arasında sosial müdafiə, əmək və məşğulluq sahəsi üzrə əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, imzalanmış tədbirlər planı 18 istiqamətdən ibarətdir:

"Biz hesab edirik ki, bu proqramın icra edilməsi ölkələrimiz arasında sosial sahələr üzrə əməkdaşlığın güclənməsinə təkan verəcək. Bildiyiniz kimi, Azərbaycan və Türkiyə hər bir sahə üzrə ən yaxın münasibətləri yüksək səviyyədə qurmuş ölkələrdir. Məhz bu mənada sosial, əmək və məşğulluq sahələri üzrə də bu əməkdaşlığı və birliyi daha dərinləşdirmək üçün müvafiq işlər görüləcək".

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında Birgə Daimi Komissiyanın 10-cu iclası keçirilib.

İclas çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyədə səfərdədir. Səfər çərçivəsində iki qardaş ölkə arasında sosial müdafiə sahəsi üzrə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub, razılaşma memorandumu imzalanıb. Razılaşma memorandumu məşğulluq, reabilitasiya və bir sıra sahələr üzrə iki ölkə arasında əlaqələri daha da inkişaf etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar