Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiya və Belarusdan taxıl ixracına bir ton üçün 95 avro rüsum tətbiq edəcək

Avropa Komissiyası yaxın günlərdə Rusiya və Belarusdan taxıl ixracına bir ton üçün 95 avro məbləğində rüsum tətbiq edəcək...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri mənbələrə istinadən məlumat yayıb.Qəzet yazır ki, analoji rüsum yağlı bitkilər və onların emal məhsulları üçün də müəyyən ediləcək.

Tədbirin ittifaqa taxıl idxalına və Rusiya və Belarusdan Aİ-yə tranzitə qadağa qoyulmasını müdafiə edən fermerlərin narazılığı fonunda tətbiq edilməsi təklif edilir. Qəzetin mənbələri deyiblər ki, rüsumun tətbiqi taxılın qiymətinin 50% artmasına və ona tələbatın azalmasına səbəb olacaq.

FT qeyd edir ki, 2023-cü ildə Rusiyadan Avropa İttifaqına taxıl idxalı rekord həddə 4 milyon tona çatıb ki, bu da Aİ-nin ümumi istehlakının təxminən 1%-ni təşkil edir. 2024-cü ilin fevralında Latviya Rusiya və Belarusdan ölkəyə kənd təsərrüfatı və yem məhsullarının idxalına qadağa qoyub. Litva Seymi mart ayında Avropa Komissiyasını Rusiya və Belarus taxılının idxalını qadağan etməyə çağıran qətnamə qəbul edib. Polşanın hakimiyyət orqanları da AK-yə oxşar tələblə müraciət ediblər.

Qeyd edək ki, martın əvvəlində Polşanın Baş naziri Donald Tusk bildirmişdi ki, Varşava Avropa İttifaqına Ukraynanın hərbi əməliyyatların başlamasından sonra aldığı bütün ticarət güzəştlərini ləğv etməyi təklif edir. Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka bildirib ki, Kiyev fermerlərin narahatlığını azaltmaq üçün Aİ-yə ərzaq ixracını məhdudlaşdırmağa hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar