Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynalı analitiklər hakimiyyəti döyüş meydanından qeyri-real xəbərlərdə ittiham edir...

Rusiya qoşunları Ukrayna cəbhəsinin şərq tərəfində ən azı üç nöqtədə uğur qazanıb. Rusiyanın taktiki hücumları indi hər gün baş verir və döyüş meydanında yeni tempi əks etdirir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, bunun fonunda hərbi blogerlər və analitiklər rəsmi mənbələrdən Ukraynanın itkiləri ilə bağlı xəbərləri tənqid edir, onları qeyri-real olmaqda ittiham edirlər.

Rusiyanın əsas səylərindən biri Donetsk bölgəsində cəmlənib və "DeepState" monitorinq qrupunun məlumatına görə, burada rus qoşunları cəbhə xətti boyunca səkkiz fərqli nöqtədə irəliləyir. Başqa yerdə, təxminən 180 km şimalda, rus qoşunları da cəbhə xəttinin Xarkov vilayətini kəsən hissəsində demək olar ki, üç ay ərzində ilk uğurlarını əldə ediblər.

"Eyni zamanda, qoşunlar geri çəkildikcə və itkilər artdıqca, hərbi blogerlər Ukraynanın rəsmi hesabatlarını tənqid edərək, silahlı qüvvələri döyüş meydanından getdikcə daha real olmayan xəbərlər verməkdə ittiham edirlər.

Məsələn, "DeepState" öz Telegram postunda rus əsgərinin Solovyevo kəndində pilotsuz uçan aparatların hücumu nəticəsində həlak olduğunu əks etdirən qrafik video yayımlayıb, lakin videodan ayrı-ayrı hadisələrin daha böyük mənzərəni gizlədə biləcəyini iddia etmək üçün istifadə edib.

"Rus əsgərin parça-parça olması ilə bağlı sonsuz videoları məmnuniyyətlə izləyə bilərsiniz. Ancaq yaxınlıqda diqqətə ehtiyacı olan başqa bir yer də var: ruslar kəndi sakitcə keçərək, onu nəzarətdə saxlayırlar. Müdafiə qüvvələri kəndi atəşə tutur və siz milli televiziyada ən azı bir milyard dəfə təkrarlaya bilərsiniz ki, kəndin 2/3-si Ukrayna hərbçilərinin nəzarəti altındadır, amma reallığın mənzərəsi tamam başqadır", deyə "DeepState" yazır.

"Ötən həftə monitorinq saytı "bəzi nümayəndələri" səriştəsizlikdə ittiham edərək hərbçilərə qarşı oxşar şikayətlə müraciət edib", deyə CNN qeyd edir.

Ukrayna ordusunun komandiri Oleksandr Sırski bazar günü "Telegram" mesajında ​​bu narahatlıqlara cavab verərək, anlaşılmazlığın hadisələrin qeyri-sabitliyi səbəbindən yarandığını deyib. Amma eyni zamanda Sırski Ukraynada ümumi vəziyyətin pisləşdiyini də etiraf edib.

Bir çox Qərb analitikləri, eləcə də Ukrayna rəsmiləri Rusiyanın aktivliyinin cari eskalasiyasını yazın sonunda böyük hücum cəhdinin xəbərçisi kimi görürlər. CNN-in məlumatına görə, həmçinin hesab edilir ki, Moskva ABŞ-dan gələn tədarüklər cəbhə xəttinə çatmazdan əvvəl sursatlardakı əhəmiyyətli üstünlüyündən yararlanmaq istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar