Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avstriyada parlament seçkisi öncəsi müxalifətə qarşı təhqiqata başlayıb

Avstriyanın iqtisadi və korrupsiya cinayətləri üzrə prokurorluğu ölkənin ən populyar müxalifət partiyasının bir neçə siyasətçisi ilə bağlı araşdırmaya başlayıb...

“Report” xəbər verir ki, bu barədə “Standard” qəzeti yazıb.

Avstriyanın sağçı mühafizəkar Azadlıq Partiyasından (APP) bir neçə siyasətçi öz fəaliyyətlərinin müsbət işıqlandırılması müqabilində ölkənin media orqanında reklam almaqda şübhəli bilinir.

Söhbət 2017-2019-cu illərdən gedir, o zaman APP Avstriya Xalq Partiyası (AXP) ilə hakim koalisiyaya daxil idi və AXP-yə keçmiş kansler Sebastyan Kurts rəhbərlik edirdi.

Digər məsələlərlə yanaşı, prokurorluğun sənədlərində keçmiş vitse-kansler Haynts-Kristian Ştraxın, eləcə də keçmiş daxili işlər naziri, hazırda APP-nin sədri Herbert Kiklin adları var.

Avstriya parlamentinə seçkilər 2024-cü ilin payızında keçirilməlidir.

APS son həftələr sorğularda lider mövqeləri tutur, vətəndaşların təxminən 30%-i bu partiyaya səs verməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar