Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

İsrailin baş naziri Benyamin Netanyahu aprelin 28-də ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorlarının Qəzza zolağında hərbi fəaliyyətlə bağlı araşdırması ilə bağlı narahatlığını dilə gətirib...

Poliqon xəbər verir ki, bu barədə “Axios”nportalı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, baş nazir Amerika prezidentindən İsrail rəsmilərinin həbsinə order verilməsinin qarşısını almağı xahiş edib.

Danışıqlardan sonra rəsmi olaraq bildirilib ki, Co Bayden və Benyamin Netanyahu girovların azad edilməsinə dair razılaşmanı, Qəzza zolağına humanitar yardımın artırılmasının zəruriliyini və anklavda atəşkəs rejimini müzakirə ediblər. Ağ Ev BCM araşdırmasının müzakirəsi faktını təsdiqləməyib.

Bloomberg Agentliyinin mənbələrinə görə, ABŞ İsrail rəsmiləri üçün potensial həbs orderinin HƏMAS ilə razılaşmanı təhlükə altına salacağından narahatdır və bunun bir hissəsi olaraq yeni təklifin müzakirəsi planlaşdırılır. Agentliyin mənbələri qeyd edirlər ki, BCM Netanyahuya qarşı ittiham irəli sürərsə, İsrail atəşkəsdən imtina edə bilər.

“Həmçinin G7 ölkələri öz narahatlıqlarını məhkəmə nümayəndələrinə çatdırmağa çalışırlar”, deyə Bloomberg yazır.

Mənbələr əlavə edib ki, BCM həm İsrailin yüksək rütbəli rəsmiləri, həm də Fələstin HƏMAS liderləri üçün həbs orderi verməyi nəzərdən keçirir. The New York Times yazıb ki, İsrail və digər Qərb rəsmilərinin fikrincə, Benyamin Netanyahuya qarşı order verilə bilər. Eyni zamanda Ağ Ev bəyan edib ki, Qəzza zolağında baş verən hadisələrlə bağlı təhqiqat BCM-nin yurisdiksiyasına aid deyil.

BCM 2021-ci ildən Qəzza zolağı və Qərb Sahilində mümkün müharibə cinayətlərini araşdırır. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra istintaq bu ərazilərdə döyüşlərin gedişini və dinc əhalinin ölümlərini də əhatə edib.

Reuters Agentliyinin məlumatına görə, istintaq çərçivəsində BCM prokurorları Qəzza zolağındakı ən böyük xəstəxanaların “Əl-Şifa” və “Nasser”in əməkdaşlarını dindiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir?

Ən çox oxunanalar