Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi Qərb ölkələri İsrailə silah satışını azaltmağı təklif edib

Qərb ölkələri Qəzza zolağında vəziyyəti həll etmək üçün İsrailə silah satışını azaltmaq təklifi ilə çıxış ediblər...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət" qəzeti məlumat yayıb.

"Qərb ölkələri indi İsrailə silah satışını azaltmağı və hətta onun texnologiyaya çıxışını məhdudlaşdırmağı təklif edirlər", deyə nəşr bildirib.

Qeyd olunur ki, Qəzza zolağında hərbi əməliyyatlara son qoymaq üçün İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası tərəfindən yaradılmış təmas qrupu, eləcə də bir neçə Qərb dövlətinin nümayəndələri bu yaxınlarda Ər-Riyadda görüşlər keçirib və Fələstin-İsrail böhranı ilə bağlı vacib danışıqlar aparıblar.

Qəzet yazır ki, İsrail ordusuna silah satışını azaltmaqla yanaşı, hava məkanının məhdudlaşdırılması da təkliflər arasındadır.

Aprelin 30-da Fələstinin HƏMAS hərəkatı Misirdən Qəzza zolağında saxlanılan 33 girovu azad etmək təklifi alıb. Misirin Qəzzada hərbi əməliyyatların müvəqqəti dayandırılması müqabilində girovları azad etməyi təklif etdiyi bildirilir. İsrail bu təklifin hazırlanmasında iştirak edib, baxmayaraq ki, İsrail hakimiyyəti bununla tam razı deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar