Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri indiki vəzifəsini trampilin kimi görür...

Keçən ilin son ayında Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat alan, keçmiş məmur oğlu Coşqun Əliyevlə bağlı xəbər var.

AzFakt.com-un əldə etdiyi məlumata görə Coşqun Əliyev qısa müddətdən sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirliyindən daha yüksək vəzifəyə təyinat alacaq.

Bildirilir ki, əslində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsi Coşqun Əliyev üçün trampilin rolu oynayır. Həmçinin Quba-Xaçmaz Regional Təhsil İdarəsi müdiri vəzifəsinin ciddi və məsuliyyətli bir iş olduğu və hər an gündəmə gəlmə ehtimalının yüksək olması Coşqun Əliyevi narahat edir.

Qeyd edək ki, Coşqun Əliyev ilk əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra atasının parking və istixana biznesinə nəzarət edən Coşqun əliyev, qəflətən Xızı-Abşeron Regional Təhsil İdarəsinin müdiri müavini vəzifəsinə təyinat alıb.

Mətbuata təkzib edilməyən məlumatlara görə Coşqun Əliyevin atası, sabiq məmur Vidadi Əliyev Azərbaycanda ən böyük pomidor istixanalarına sahibdir. Zirədə yerləşən bu istixanalarda yetişdirilən pomidorlar əsasən Rusiyaya ixrac edilir.

Eyni zamanda onların yanacaqdoldurma məntəqələrinin və xeyli sayda kirayə verilən obyektləri də var.

Bu obyektlərdən biri Yasamal rayonunda klinika kimi fəaliyyət göstərir.

Coşqun Əliyevin mərkəzdə -Bakıda daha yüksək vəzifəyə gəlməkdə məqsədi həm də bizneslərinə ciddi nəzarət etməkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar