Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Yaxın Şərqdə sülh üçün şərtləri açıqlayıb

Fransanın xarici işlər naziri Stefan Sejurne İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Yaxın Şərqdə sülhün bərqərar olması üçün lazım olan şərtləri açıqlayıb...

Poliqon xəbər verir ki, nazir bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Stefan Sejurne vurğulayıb ki, Fransanın regiondakı "balanslaşdırılmış siyasəti" dəyişməz qalacaq.

"Girovlar azad edilməlidir. Atəşkəs razılaşdırılmalıdır. Livandakı gərginliyi azaltmağa başlamaq lazımdır", deyə XİN başçısı qeyd edib.

Nazirin sözlərinə görə, bunlar həm İsraildə, həm də regionda sülh üçün əsas şərtlərdir.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron baş nazir Benyamin Netanyahu ilə telefon danışığında Parisin İrana təzyiqin artırılmasını tələb etməyə hazır olduğunu bildirib və eyni zamanda Yaxın Şərqdə vəziyyətin deeskalasiyasına çağırıb.

Fransa prezidenti həmçinin Qüdsü Livan-İsrail sərhədi də daxil olmaqla vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırıb və Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasının təmin edilməsinin vacibliyini bəyan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ən çox oxunanalar