Birləşmiş Ştatlar Afrika uğrunda gedən geosiyasi mübarizədə Rusiyaya uduzur...
Poliqon xəbər verir ki, belə bir qənaətə The Hill nəşri gəlib. Nəşrə görə Rusiyanın Afrikada aktiv rol alması Vaşinqtonla qara qitə ölkələri arasında əlaqələrin kəsilməsinə gətirib çıxarır və bu, gələcək tərəfdaşlıqlar üçün imkanları məhdudlaşdırır.
Hazırda ABŞ-la Afrika ölkələri arasında bütün beynəlxalq təhlükəsizlik əməkdaşlığının məhv olması prosesi gedir. Bu, Rusiya, Çin və İranın Afrika ölkələrində geniş səylərinin bir hissəsidir”, deyə mətndə deyilir.
Eyni zamanda, məqalədə qeyd olunur ki, Rusiya üçün qitədə əlaqələrin inkişafı gələcəkdə problemli ola bilər, çünki Moskvanın Afrika dövlətlərini iqtisadi cəhətdən dəstəkləmək üçün yəqin ki, kifayət qədər resursu olmayacaq.
Poliqon.info