Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib...

Poliqon ACF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın “nage no kata” növündə fəndləri nümayiş etdiriblər.

Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak ediblər.

ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birinciliyinin təltifetmə mərasimində çıxış edərək, iştirakçılara uğurlar arzulayıb və qalib olanları təbrik edib:

“Kata üzrə bu cür yarışların təşkili cüdonun daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə cüdoçularımızın beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə ölkə cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məzunları olmasını xüsusi qeyd edib:

“Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb:

Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasına gətirib çıxaracaq”.

Medalçıların siyahısını təqdim edirik:

Qızıl medal:

Sadiq Abdullayev (tori),

Rəcəb Əkbərov (uke).

Gümüş medal:

Rəsul Əmirzadə (tori),

Elvin Məmmədov (uke).

Bürünc medal:

Ayxan İslamlı (tori),

İsmayıl Rəhimli (uke),

Cavanşir Comərdov (tori),

Fazil Hüseynov (uke).

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - Yenilənib

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Ən çox oxunanalar