Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

Poliqon xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib. Turnirdə ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.

Yarışın ilk turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb. Daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhəlləsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən birinciliyə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici görüşdə Səbail rayonunun “Bayıl” kollektivi və Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn birincilər turnirin qalibi olublar.

3-cü yer uğrunda matçda Qaradağın “Lökbatan” klubu Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Poliqon.info

Fotolar




Etiket: Futbol Yarış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Yanacaq filtrinin tutulmasının əlamətləri nələrdir?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Ən çox oxunanalar