Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratlar Ukraynaya qoşun göndərilməsini istisna etmirlər

Nümayəndələr Palatasında Demokratik Azlıqların lideri Hakim Ceffris ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə müdaxilə etməsinə ehtiyac ola biləcəyini bildirib...

Poliqon xəbər verir ki, Nümayəndələr Palatasında Demokratik Azlıqların lideri bu barədə CBS News telekanalına bildirib. Onun sözlərinə görə, Ukraynaya Amerika qoşunlarının göndərilməsi istisna edilmir.

“Biz Ukraynanın çökməsinə imkan verə bilmərik. Əgər bu baş verərsə, Amerikanın təkcə bizim pulumuzla deyil, həm də hərbi personalımızla münaqişəyə müdaxilə etməli olması ehtimalı böyükdür”, Ceffris bildirib. Demokratların liderinin fikrincə, Rusiya Ukraynada qalib gələrsəsə, Vladimir Putin dayanmayacaq və NATO ölkələrini hədələyəcək.

Qeyd edək ki, Amerika hakimiyyət rəsmilərii dəfələrlə Ukraynaya qoşun göndərməyəcəklərini bəyan ediblər. Belə ki, aprelin əvvəlində dövlət katibi Entoni Blinken Vaşinqtonun münaqişənin gərginləşməsi riskinə görə ordunun göndərilməsinə qarşı olduğunu bildirib. Dövlət katibi qeyd edib ki, bu, prezident Co Baydenin mövqeyidir.

Xatırladaq ki, son aylarda Fransa prezidenti Emmanuel Makron dəfələrlə Ukraynaya qoşun göndərilməsinin mümkünlüyündən danışıb. Onun sözlərindən sonra bəzi NATO ölkələri belə planların olmadığını bəyan edib, bəziləri isə bu məsələnin müzakirəsini dəstəkləyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Şuşa – İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı ilə bağlı Protokol təsdiqlənib

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

Ombudsman: Əfv sərəncamı insan hüquq və azadlıqlarına verilən dəyərin göstəricisidir...

Ən çox oxunanalar