Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: İsraili təkbaşına özünü müdafiə etməyə hazırdır...

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İkinci Dünya Müharibəsində olduğu kimi, yəhudilərin məhv edilməsini istəyən düşmənlərlə üz-üzə olduğunu bildirib...

Poliqon xəbər verir ki, İsrailin baş naziri bu barədə bütün ölkələrin liderlərinə müraciətində bildirib. Netanyahu qeyd edib ki, İsrail təzyiqlərə baxmayaraq, özünü müdafiə etməkdən əl çəkməyəcək.

“Mən bütün dünya liderlərinə bəyan edirəm: nə təzyiq olursa olsun, istənilən beynəlxalq forumda hansı qərarlar qəbul olunsun, İsrail özünü müdafiə etməkdən əl çəkməyəcək. Yeganə yəhudi dövləti olan İsrailin baş naziri kimi mən bu gün Qüdsdən Holokostu Anma Günündə söz verirəm: İsrail tək qalmağa məcbur olarsa, İsrail təkbaşına mübarizəsini davam etdirəcək”, deyə Netanyahu müraciətində vurğulayıb. Eyni zamanda baş nazir qeyd edib ki, dünyada İsraili dəstəkləyənlər çoxdur.

İsrailin baş naziri bu sözləri Holokost və yəhudi xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıqların anım günü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib. Onun sözləri baş nazirin saytında yer alıb. Hökumət başçısı qeyd edib ki, 80 il əvvəl yəhudi xalqı onları məhv etmək istəyənlərə qarşı “tamamilə müdafiəsiz” idi və “heç bir ölkə onlara kömək etmədi”.

Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə Fələstin hərəkatının 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumu ilə başlayıb. 1,2 min israilli öldürülüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox israilli və əcnəbi girov götürülüb.

Artıq 6 aydan çoxdur ki, İsrail cavab hərbi əməliyyatı keçirir və nəticədə 34,6 mindən çox dinc fələstinli həlak olub, 77,8 mindən çox insan isə yaralanıb. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

Hzırda isə İsrail anklavın şimal ərazilərindən olan 1 milyondan çox qaçqının sığındığı Rəfahda hərbi əməliyyata hazırlaşır. Beynəlxalq təşkilatlar və İsrailin müttəfiqləri bu planlardan əl çəkməyə çağırırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Ən çox oxunanalar