Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenin namizədliyinin Mişel Obama ilə əvəzlənəcəyi deyilir...

ABŞ-da Co Baydenin Mişel Obamanın xeyrinə seçkilərdən imtina edəcəyi ilə bağlı şayiələr var...

Poliqon xəbər verir ki, bu barədə “Spiegel” jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, bir neçə aydır ki, keçmiş birinci xanımın prezidentliyə namizəd ola biləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır və şayilərə görə avqust ayında keçiriləcək Demokratik Milli Konvensiyada demokratlar Baydenin istefasını elan edərək, onun yerinə Mişel Obamanın namizədliyini irəli sürəcəklər. Qeyd edilir ki, keçən il hökumət demokratların seçkilərdə Obamanın şanslarını sınadığını bildirib.

Bu şayilərlə bağlı Mişel Obamanın sözçüsü “Spiegel”ə bildirib ki, keçmiş birinci xanım Bayden və onun vitse-prezidenti Kamala Harrisin seçki kampaniyasını tam dəstəkləyir. Nəşr qeyd edir ki, Obama iştirak etdiyi bütün tədbirlərdə hərarətlə qarşılanır.

“Spiegel”in yazdığına görə, amerikalıların üçdə ikisi 81 yaşlı Baydeni daha dörd il ABŞ-a rəhbərlik etmək üçün çox qoca hesab edir. Amma bir çoxları 77 yaşlı Trampdan da qorxur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda üç zavod satışa çıxarıldı - Qiymətlər

Prezident və birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər - Yenilənib

Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı mühüm təklif

Ermənistanda Rusiyapərəst hakimiyyət yaranarsa, Cənubi Qafqazda balans necə dəyişə bilər?

Çin XİN Zelenskinin Siyə çağırışına cavab verib

İmişlidə ağır cinayət - atasının qətlini sifariş etməkdə şübhəli bilinən şəxs tutuldu        

Bakıda kuryoz hadisə: Oğurladığı pullar oğurlandı    

Ən çox oxunanalar